Məhkəmə qərarları › İş №3(062)-710/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-710/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-710/2023 12.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Həmzəli Nərminə Ruslan qızının katibliyi, X1, 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 28 iyul 2023-cü il tarixli MN № ******* saylı qərarından X6 tərəfindən verilmiş şikayətə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 8 iyul 2023-cü il tarixli MN № ******* saylı qərar qəbul edilməklə Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən 2000 (iki min) manat miqarında cərimə edilmişdir. X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 8 iyul 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əsassız olaraq 28 iyul 2023-cü il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqinda qərar qəbul edilmişdir. Qərarda onun vəzifəli şəxs olmağı qeyd olunaraq Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən məsuliyyət müəyyən olunaraq 2000 manat cərimə olunmuşdur. Qərarın surəti ona 07 avqust 2023-cü il tarixdə poçt vasitəsilə təqdim olunmuşdur. Həmin qərar qanunsuz və əsassız qəbul olunmuşdur.Belə ki, İXM-nin 271-ci maddəsinə əsasən sənayə və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. O, isə Tovuz rayonu Qədirli kəndində bələdiyyə sədri işləyir. O, məişət tullantılarının qalaqlanması qaydalarını pozmamışdır. Belə ki, o, heç bir senayə tullantısını qalaqlamamışdır və onunla bağlı qaydaları da pozmamışdır. Həmçinin özü hər hansı bir tullantını bunun üçün nəzərdə tutulmuş ərazilərindən kənara atmamışdır. Buna baxmayaraq əsassız olaraq barəsində protokol tərtib olunaraq qərar qəbul olunmuşdur. Məhkəmə iclasında şikayət ərizəsi verən X6 şikayətini müdafiə edərək göstərdi ki, ərazi X4 xüsusi mülkiyyətində olan ərazidir. Hal-hazırda ərazi nəzarətindədir və tullantılar təmizlənmişdir. Ona görə də qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 bildirdi ki, bələdiyə tərəfindən ərizi daimi nəzarətdə saxlanmalı, tullantıların yandırılmasına yol verilməməlidir.Protokol polis tərəfindən tərtib edilmişdir.Fotoşəkildə göstərilən ərazinin hansı mülkiyyətə olmasını deyə bilmir. Ona görə də nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, X3 inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 28 iyul 2023-cü il tarixli MN № ******* saylı qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, pozuntunun törədilməsini təsdiq edən hallar qərarda dəqiq təsvir olunmamış, qərarda xətanın mahiyyəti sadəcə İXM-nin 271-ci maddəsinin dispozisiya hissəsi köçürülməklə kifayətlənilmişdir. Pozuntu faktı dəqiq müəyyən olunmamış, inzibati xətanın mahiyyəti dəqiqliklə göstərilməmişdir. Tullantının hansı ərazidə kim tərəfindən atılması və ya qalaqlanması müəyyən olunmadan qərar qəbul edilmişdir. Ona görə də şəxs ehtimallar əsasında hər hansı bir qaydada məsuliyyətə cəlb oluna bilməz.Eyni zamanda şikayət vermiş şəxs göstərir ki, həmin ərazi X4 xüsusi mülkiyyətində olan ərazidir. Məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi şikayət vermiş şəxsin şikayətin dəlillərinin dəf edilməsinə yönəlmiş hər hansı arqument gətirməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzbati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 13 iyul 2023-cü il tarixli MN № ******* saylı qərar ləğv edilməli və barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat cərimə edilməsinə dair 8 iyul 2023-cü il tarixli MN № ******* saylı qərar ləğv edilsin və barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar