Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-711/2023 25.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi, X1 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 28 iyul 2023-cü il tarixli MN № ******* saylı qərarından X5 tərəfindən verilmiş şikayətə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 28 iyul 2023cü il tarixli MN № ******* saylı qərar qəbul edilməklə Azərbaycan Respublikası İXMnin 271-ci maddəsinə əsasən 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 28 iyul 2023cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında haqqında qərarın ləğv olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət ərizəsi verən X5 şikayətini müdafiə edərək göstərdi ki, barəsində 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İXM-nin 271-ci maddəsinə əsasən tərtib olunmuş 28 iyul 2023-cü il qərarı ilə məsuliyyətə cəlb olunmuşdur. Həmin qərar qanunsuz və əsassız qəbul olunmuşdur. Tovuz rayonu Xatınlı kəndinin bələdiyyə sədri işləyir. Kəndin ərazisində hər hansı bir yerdə zibil qalaqlanıb qalmır. Kənd ərazisində yığılmış zibillər mütəmadi olaraq zibil üçün ayrılmış yerə daşınır. O heç bir sənaye tullantısını qalaqlamamış və bununla bağlı qaydaları da pozmamışdır. Özü isə hər hansı bir tullantını bunun üçün nəzərdə tutulmuş yerdən kənara atmamışdır. Onun barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə qərar qəbul olunmuşdur. Ona görə də qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq qeyd olunan idarənin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak edə bilməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, şikayət verən şəxsin izahatını dinləyib hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə olan inzibati xəta haqda qərar ləğv edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, X5 hər hansı tullantının qalaqlanmasında iştirak etməmiş, bələdiyyənin ərazisində isə hər hansı zibil qalaqlanması olmadan onun barəsində qərar qəbul olunmuşdur. Həmçinin pozuntu törədən hallar qərarda dəqiq təsvir olunmamış, qərarda xətanın mahiyyəti sadəcə İXM-nin 271-ci maddəsinin dispozisiya hissəsi köçürülməklə kifayətlənmişdir. Pozuntu faktı dəqiq müəyyən olunmamış, inzibati xətanın mahiyyəti dəqiqliklə göstərilməmişdir. Tullantının hansı ərazidə kim tərəfindən atılması və ya qalaqlanması müəyyən olunmadan, həmçinin bunun vəzifəli şəxs X5 ilə əlaqəsi sübuta yetirilmədən qərar qəbul edilmişdir. Ona görə də şəxs ehtimallar əsasında hər hansı bir qaydada məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzbati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 28 iyul 2023-cü il tarixli qərar ləğv edilməli və barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat cərimə edilməsinə dair 28 iyul 2023-cü il tarixli MN № ******* saylı qərar ləğv edilsin və barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-711/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-711/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver