Məhkəmə qərarları › İş №3(062)-711/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-711/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-711/2024 09.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan barəsində qərar qəbul edilmiş şəxs X9 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin rəisi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Tovuz rayonu, Böyük Qışlaq kəndində ət kəsmiş və bu zaman polis əməkdaşları gəlib ona ət kəsiminə irad bildirmişlər. Ətin sanitar ekspertizadan keçirilmədən satıldığını qeyd etmişlər. Sonra isə onu və qonşusu Sənanı polis şöbəsinə aparmışlar. Axşam saat 17:00-a kimi onları şöbədə saxladıqdan sonra X3 əməkdaşları ilə əti soyuducuya qoymuş və laboratoriya üçün nümunə götürmüşlər. Ondan ekspertiza üçün 84 manat pul almışlar. Yoxlama beş gün çəkmiş və ətin istehlak üçün yararlı olması məlum olmuşdur. Buna baxmayaraq ətin satışına icazə verməmişlər. Daha sonra isə ona cərimə edilməsi barədə qərar göndərmişlər. Yaşadığı ərazidən ət kəsimi məntəqəsinə 50 km məsafə var və ətin orada kəsilməsi üçün 100 manat əlavə xərc tələb olunur. Halbuki satışda olan ətin yararlı olmasına baxmayaraq, ona cərimə tətbiq edilmişdir. Göründüyü kimi qəbul edilmiş qərar qanunsuzdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin nümayəndəsi X8 şikayətin dəlillərini qəbul etmədi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” 11 iyun 2018-ci il tarixli 199 saylı sərəncamının icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı X9 baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvan kəsimi həyata keçirdiyinə görə Tovuz Rayon Polis Bölməsinin əməkdaşları tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixli, 3-13-114/2-13842/2024 nömrəli məktubla Qida X1-Tovuz regional bölməsinə göndərilmişdir. Mövcud məsələ ilə bağlı araşdırılma aparılmış və göstərilən xüsusatlar təsdiqin tapmışdır. Ona görə də fiziki şəxs X5 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, qərar qanuni və əsaslıdır. Odur ki, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qərardan şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə işə qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokoldan görünür ki, Tovuz rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X6 tərəfindən həmin tarixdə X5 Tovuz rayon Böyük Qışlaq kənd ərazisində baytarlıq sanitariya ekspertizasından keçmədən xüsusi ayrılmış yerlərdən kənarda heyvan kəsimi ilə məşğul olması aşkar edilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, X2 Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat inzibati cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsini dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materialları ilə təsdiq olunur ki, Tovuz rayonu, Böyük Qışlaq kəndi ərazisində X9 tərəfindən baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən, ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvan kəsimi və ət satışı həyata keçirilmişdir. «Qida təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.4-сü maddəsinə görə heyvan mənşəli qida məhsulu - insanların qidalanması üçün istifadə olunan heyvan əti, quş əti, heyvan və quş ətinin sub məhsulları, balıq və balıq kürüsü, molyuska, xərçəngkimilər və digər su onurğasızları, yumurta, bal və digər arıçılıq məhsulları (vərəmum, arı südü), süd və emal yolu ilə onlardan alınan qida məhsulları hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi» Qaydalarının 3.7-ci bəndində göstərilmişdir ki, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, emalı və satışı baytarlıq müfəttişlərinin bilavasitə nəzarəti altında həyata keçirilməli, həmin məhsullar və xammal müvafiq standartlara cavab verməli, hər bir partiya məhsul və xammal baytarlıq normalarının tələbləri baxımından qiymətləndirilməli, sağlamlığını əks etdirən və istifadəyə yararlı olmasına dair baytarlıq laboratoriyasının müsbət rəyi olmalıdır. Baytarlıq (baytarlıq-sanitariya) baxışından keçirilməyən, baytarlıq normativlərinin tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlər-dən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verilmir. Həmin Qaydaların 3.8-ci bəndində qeyd olunmuşdur ki, heyvan mənşəli xammalın tədarükünə, saxlanmasına, emalına və satışına ərazinin dövlət baytarlıq orqanı tərəfindən dövlət baytarlıq nəzarəti həyata keçirilməli, belə xammalın yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardan, yaşayış məntəqələrindən tədarük edildiyi barədə müvafiq baytarlıq sənədi olmalıdır. «Qida təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun 4.1.1-ci maddəsinə görə qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsinin məqsədi həyat və sağlamlığın, istehlakçıların hüquqlarının müdafiəsindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş «Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi» Qaydalarının 2.6-cı bəndinə görə heyvanların kəsimi, heyvan mənşəli məhsulların və xammalın emalı müəssisələrinin müdiriyyəti məhsulların və xammalın normativ-texniki sənədlərə və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu yoxlamaq üçün həmin müəssisədə baytarlıq istehsalat-nəzarət bölmələri yaratmağa, həmçinin dövlət baytarlıq müfəttişlərinə baytarlıq nəzarətini həyata keçirmək üçün lazım olan şəraiti yaratmağa borcludur. Məhkəmə diqqətə çatdırır ki, barəsində qərar qəbul edilmiş şəxs X9 tərəfindən Tovuz rayonu Böyük Qışlaq kəndində yerləşən ona məxsus ət satışı mağazasında yuxarıda göstərilən Qaydaların tələblərinə riayət edilmədən ət satışı həyata keçirilmişdir. Əksini təsdiqedəcək sənədlər isə onun tərəfindən şikayətinə əlavə edilməmişdir. İşdə olan sənədlər isə barəsində qərar qəbul edilmiş şəxs X5 inzibati xəta törətməsini təsdiq edir. İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsində qeyd olunmuşdur ki, baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, İsax Qasımovun inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X9 tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar