Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-712/2024 09.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Azərbaycan Respublikası Qida X3-X12nin inzibati işlər və təsərrüfat sektorunun məsləhətçisi X7, X1 iştirakları ilə Azərbaycan Respublikası Qida X3-X12 tərəfindən tərtib olunmuş 05 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikası Qida X3-X12 tərəfindən tərtib olunmuş 05 avqust 2024-cü il tarixli MN ******* saylı qərarı əsasında 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. X2 Azərbaycan Respublikası Qida X3-X12 tərəfindən tərtib olunmuş 05 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında haqqında qərarının ləğv olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. X2 şikayətini müdafiə edərək məhkəmə iclasında göstərdi ki, 21 iyul 2024cü il tarixdə Tovuz rayonu Böyük Qışlaq kəndində İsax Qasımov ət kəsmişdir. O isə İsax Qasımovun dükanının qonşuluğunda yaşadığına görə həmin vaxt orada olmuşdur və iti üçün yem yığırmış. Bu zaman polislər gələrək ət kəsiminə irad bildirib onu Tovuz Rayon Polis Şöbəsinə aparmışlar. Orada olarkən X4 əməkdaşları ilə gəlib əti soyuducuya qoymuş və laboratoriya üçün nümunələr götürərək getmişlər. Sonradan ona poçt vasitəsilə cərimə olunmağına dair qərar göndərilmişdir. Evi dolandıran yeganə şəxs odur. Cəriməni ödəməyə maddi imkanı yoxdur. Bundan başqa bu işlə aidiyyətinin olmamasını əsas gətirərək həmin qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Qida X3-X12nin nümayəndəsi inzibati işlər və təsərrüfat sektorunun məsləhətçisi X11 məhkəmə iclasında göstərdi ki, X6 qeyd etdiyi xüsusatlar reallığı əks etdirmir. Belə ki, 21 iyul 2024-cü il tarixdə Tovuz rayonu Böyük Qışlaq kənd ərazisində baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə görə MN ******* saylı protokol tərtib olunaraq aidiyyəti üzrə qərar qəbul olunması üçün Azərbaycan Respublikası Qida X3-X12nə göndərilmişdir. Protokol göndərilən zaman qoşma sənədlər və video görüntünü əks etdirən disk də bölməyə göndərilmişdir. Bundan sonra X6 barəsində 05 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq poçt vasitəsilə vətəndaşın qeydiyyatda olan ünvanına göndərilmişdir. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Odur ki, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş 05 avqust 2024-cü il tarixli MN ******* saylı qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 289.0.1-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə olunmuşdur. İşə əlavə edilmiş Tovuz Rayon Polis Şöbəsi sahə rəisi polis kapitanı X9 tərəfindən tərtib olunmuş 21 iyul 2024-cü il tarixli MN №1877426 saylı protokoldan görünür ki, X8 21 iyul 2024-cü il tarixində Tovuz rayonu Böyük Qışlaq kənd ərazisində baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvan kəsmişdir. İşə əlavə edilmiş video görüntünü əks etdirən diskə baxış keşirilərkən heyvan kəsimini X6 özünün etdiyi görünür. Azərbaycan Respublikası İXM-nin 289.0.1-ci maddəsinə əsasən baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. Məhkəmə hesab edir ki, X6 verdiyi şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X8 21 iyul 2024-cü il tarixdə kəsim məntəqəsindən kənarda heyvanları kəsməsinə görə Tovuz Rayon Polis Şöbəsi tərəfindən barəsində 21 iyul 2024-cü il tarixli MN №1877426 saylı protokol tərtib olunmuşdur. Məhkəmə araşdırma apararkən işə əlavə olunmuş video görüntünü əks etdirən diskə baxış keçirərkən müəyyən olunmuşdur ki, X8 qanunvericiliyin tələbini pozaraq yəni baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə görə polis əməkdaşı tərəfindən onun barəsində protokol tərtib olunmuşdur. Video görüntü zamanı X6 öz razılığı ilə çəkildiyi və onun pozuntunu etdiyi açıq-aşkar görünür. Həmçinin orada kəsimi X6 özünün etdiyi görünür. Bununla da məhkəmə hesab edir ki, şikayət əsassızdır və təmin oluna bilməz. Məhkəmə eyni zamanda inzibati pozuntu edən şəxsin şəxsiyyətini və əvvəllər inzibati məsuliyyətə cəlb edilmədiyini əsas götürərək onun qanunvericiliyin imkan verdiyi cərimənin aşağı həddində inzibati tənbeh edilməsini ədalətli hesab edir. Məhkəmə bu nəticəyə gələrkən öz daxili inamını və Azərbaycan Respublikası İXM-nin prinsiplərini rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 128.2-ci və 128.2.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Məhkəmə hesab edir ki, X8 tərəfindən verilmiş şikayət əsassızdır və şikayətin təmin olunması üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə hesab edir ki, qərar qanuni olsa da təyin olunmuş cəza xəta törətmiş şəxsin şəxsiyyətinə və həyat şəraitinə mütənasib olmadığından təyin olunmuş tənbeh 200 manat həddində müəyyən edilməlidi. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 114- 115, 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Qida X3-X12nin tərəfindən tərtib olunmuş 05 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin. X6 barəsində Azərbaycan Respublikası Qida X3-X12 tərəfindən tərtib olunmuş 05 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla müəyyən olunmuş cərimənin məbləği 200 manat müəyyən olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün muddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-712/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-712/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver