Məhkəmə qərarları › İş №3(062)-720/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-720/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-720/2024 03.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə Şəxs – xx.xx.1969-cu ildə Tovuz rayonunda anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, Tovuz rayonu Əyyublu kəndində yaşayan Barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 529-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, 10 oktyabr 2023-cü il tarixdə «VAZ 2106» minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 469.3-cü maddəsinin tələblərini pozduğuna görə 50 (əlli) manat məbləğində cərimə olunmasına baxmayaraq inzibati qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan qərarı icra etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi ilə olan işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin dizpozisiyasına əsasən Yol Hərəkəti qaydalarının əleyhinə olan İnzibati Xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan İnzibati Xətanın törədilməsinə görə İnzibati cərimə İnzibati cərimə növündə İnzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi vergilərin, vergi rüsumların ödənilməsi, maliyyə və sğorta qaydaları əleyhinə olan inzibati xətalar fəsilinə aiddir. Belə olan halda Şəxs əməlində İnzibati Xətanın tərkibi yaranmır. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-115, 117 və 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar