Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-723/2023 06.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, xx.xx.1949-cu ildə Rusiya Federasiyasında qeydiyatda olmaqla və həmin unvanda yaşayan Şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Tovuz Qovlar avtomobil yolunun Tovuz rayonu Qovlar şəhəri ərazisindən keçən hissəsində X6 idarə etdiyi VAZ-217230 Piyora markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilli ilə Şəxsin idarə etdiyi “KİA RİO” markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitələri toqquşmuş, nəticədə X9 yüngül xəsarət almışdır. Bu hərəkətləri ilə Şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs və Azərbaycan Respublikası DİN-nin Tovuz Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, X3 inzibati xəta törətməsi inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış rədd materialı ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İşə əlavə olunmuş 05 avqust 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X5 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İşə əlavə olunmuş 31 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Мəhkəmə-Тibbi Еkspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 603 saylı rəyindən görünür ki, X6 bədənində aşkar olunmuş xəsarət boyun nahiyəsinin əzələ-bağ aparatının gərilməsi səbəbindən hərəkət məhdudliğu yaradan qapalı travması, sol said nahiyəsinin sıyrığı və sağ ayaq pəncəsinin qançırı küt əşyanın (əşyalarin təsirindən) onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. X6 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sürücüsü olduğu avtomaşının hərəkətdə olan digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi istisina edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tovuz rayon X7 Böıməsinin müstəntiqi polis mayoru, Nəsimi Vəlyev tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin barəsində inzibati qaydada tədbir görülməsinin təmin edilməsi haqqında” qərardan görünür ki, hadisə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində X5 idarə etdiyi KİA RİO” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz Qovlar avtomobil yolunun Tovuz rayonu Qovlar şəhəri ərazisindən keçən hissəsində üzü Tovuz rayonu Aşağı Quşçu kəndi istiqamətində doğru saatda 40 kv.m sürətlə hərəkətdə olarkən hərəkətlərində X8 Azərbaycan Respublikası qanunun tələblərinə uyğunsuluq olmaqla yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riyat etməyərək manevr etmə qaydaLARİNİ ppozmaqla, idarə etdiyi nəqliyat vasitəsinin digər nəqliyyat vasitəsi ilə toqquşması ilə müşaiyət edilən inzibati xəta olan yol-nəqliyyat hadisəsi törətmiş, nətixədə yol-nəqliyyat hadisəsinin digər iştirakçısı “VAZ-217230” “Priyora” markalı ** GY *** dövlət nömrə qeydiyyat nişanli avtomobili idarə edən X1 qısa müddətə pozulmasını sbəb olan, sağlamlığa yüngül zərər vurulması ilə nəticələnən yol nəqliyyat inzibati xəta hadisəsini törətmişdir. Ona görə də Ona görə də X3 barəsində həmin maddə ilə inzibati qaydada tədbir göndərilməsi üçün Tovuz RPŞ-nin DYP-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. X5 tərəfindən İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib olunmuş inzibati xəta haqqında protokol, ekspert rəyləri, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, X4 İXM-nin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və X2rşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Məhkəmə, X2rşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 327.8-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İnzibati xəta törətmiş X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz)manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-723/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-723/2023
06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver