Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-724/2023 12.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 avqust 2023-cü il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC 03 avqust 2021-ci il tarixdə 13500 (on üç min beş yüz) avro məbləğində vəsaiti xaricə köçürmüş və 2 il müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 04 avqust 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Şəxs MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında nümayəndəsi olduğu hüquqi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq verdiyi ifadsəsində göstərdi ki, həqiqətən xaricə 03 avqust 2021-ci il tarixdə pul köçürülmüşdür. Lakin müqavilədə olan öhdəlik işi görmək barədə tapşırıq verilmiş Rusiya Federasiyasında yerləşən "xxxx"MMC heç bir səbəb olmadan məhsulları verməmiş və bununla bağlı Rusiya Federasiyası Ticarət və Sənaye Palatası yanında Beynəlxalq Kommersiya və Arbitraj Məhkəməsinə müraciət də olunmuşdur. Müraciətlə bağlı aidiyyəti üzrə hüquqi şəxsin ünvanına arbitr təyin olunması, eləcə də işin adı çəkilən məhkəmədə olmasına dair bildiriş də daxil olmuşdur. Keçən müddət ərzində Rusiya Federasiyasında yerləşən pul köçürülən hüquqi şəxs müqavilə əsasında üzərinə düşən öhdəliyi icra etməmişdir. Dəfələrlə qeyd olunan hüquqi şəxslə pulun və ya məhsulun göndərilməsi barədə danışıqlar nəticə verməmişdir. Şəxs MMC isə məcbur qalaraq Rusiya Federasiyasında məhkəməyə müraciət etmişdir. Odur ki, Şəxs MMC barəsində tərtib olunmuş protokol əsasında olan inzbati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə olunmuş Şəxs MMC tərəfindən məhəkməyə təqdim olunmuş Rusiya Federasiyası Ticarət və Sənaye Palatası yanında Beynəlxalq Kommersiya və Arbitraj Məhkəməsi tərəfindən təqdim olunmuş bildirişdən görünür ki, Şəxs MMC müqavilə üzrə öhdəliyini icra etmədiyi üçün Rusiya Federasiyasında yerlşən "xxxx"MMC-ni məhkəməyə vermişdir. İşə əlavə olunmuş Şəxs MMC ilə Rusiya Federasiyasında yerləşən "xxxx"MMC hüquqi şəxsi arasında bağlanmış 29 dekabr 2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx"MMC pulun qarşılığı olaraq 8000 ədəd taxta yeşiklə Şəxs MMC-ni təmin etməli idi. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs MMC tərəfindən 03 avqust 2021-ci il tarixdə həqiqətən Rusiya Federasiyasında yerləşən təşkilatın hesabına işlər görülməsi məqsədilə pul köçürülmüşdür. Əvvəllər işlərin görülməsi Şəxs MMC-nin öhdəlik götürmüş işi görən təşkilat tərəfindən vəd olunmuşdur. Müqavilə üzrə öhdəliyin icra olunmaması isə Şəxs MMC-nin təqsiri ucbatından baş verməmişdir. Belə ki, dəfələrlə hüquqi şəxslər arasındakı yazışmalarından da görünür ki, Şəxs MMC məhsulun və ya verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Lakin buna baxmayaraq "xxxx"MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bunun nəticəsi olaraq Şəxs MMC "xxxx"MMC-yə qarşı məhkəmədə iddia qaldırmaq məcburiyətində qalmışdır. Bu hal onu deməyə əsas verir ki, iş üzrə müqavilə tərəfləri arasında məhkəmə çəkişməsi hazırda davam etdiyindən hüquqi şəxs Şəxs MMC-nin əməlində inzbati xətanın tərkibi yaranmır. Göründüyü kimi müəyyən edilmiş müddətdə müvafiq malların idxal edilməməsi həmçinin ödənilmiş valyutanın xaricdən geri qaytarılmaması Şəxs MMC-nin təqsiri ucbatından baş vermədiyindən və firmadan asılı olmayan səbəbdən olduğuna görə hüquqi şəxsin əməlində hüquqi şəxsin əməlində inzibati xətanın tərkibi yaranmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində İXM-nin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi yaranmamışdır, ona görə də hüquqi şəxs inzbati qaydada tənbeh oluna bilməz, odur ki, həmin inzbati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,48-51, 115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 16 avqust 2023-cü il tarixli EP № ******* saylı protokol əsasında olan inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edənQafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-724/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-724/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver