Məhkəmə qərarları › İş №3(062)-724/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-724/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-724/2025 06.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilə, Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli elektron qərardan X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 DİN-in Baş Dövlət Yol polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və cərimənin silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, **-BE-*** dövlət qeydiyyat nişanlı KAMAZ Yük markalı İriqabaritli və ya ağır çəkili nəqliyyat vasitəsi var. Həmin avtomaşınla ancaq yük daşınır və əhəng yüklənəndən sonra əlavə yük əlavə etmək mümkün deyil. Sentyabr 2025-ci il tarixdə o həmin avtomobillə Qazax rayonunda yerləşən Əhəng zavodundan avtomobilə əhəng yüklətmiş və həmin yükü Bakı şəhərinə aparmışdır. Ona şirkət tərəfindən avtomobilə yüklənən əhəngin çəkisi barədə müvafiq sənəd verilmişdir. Həmin sənəddə də görsənir ki, yükün çəkisi 41.660 kq olmuşdur. Bu fakt ərizəyə əlavə edilmiş sənədlərlə tam əksini tapmışdır. Maşınla birlikdə çəki 41660 kq olmuşdur. Maşının bu çəkidə olması İnzibati xətalar məcəlləsinin tələblərini pozmur. Yük daşınan vaxt Ağstafa rayonunda yerləşən tərəzidən maşın ölçülmüş və tərəzidə də maşının çəkisi qeyd etdiyi çəkidə olmuşdur. Bundan başqa Gəncə şəhərində də maşın tərəzidə yenə həmin günü kütləsi yoxlanılmış və çəki yenə 41660 kq olmuşdur. Onun barəsində müvafiq icra orqanı inzibati tənbeh vermə haqqında qərar çıxarmış, xx.xx.2025 ci il tarixli qərarla o, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 1200 manat məbləğində cərimə olunmuşdur. Barəsində protokol Ucar rayonunda tərtib olunmuş və o, həmin protokolla razılaşmadığını qeyd etmişdir. Belə ki. protokolda maşının çəkisi 45610 kq qeyd edilmişdir. Onda olan sənəddə isə maşının çəkisi yüklə birlikdə 41.600 tondur. Onun istifadəsində olan 5 oxlu olmaqla maşınla birlikdə 42 t çəki də olmağa icazə verilir. Belə ki, hər oxa düşən ağırlıq 8 tona icazə verilir, yəni 42 ton yükü daşımağa icazə verilir. Onun maşınına əlavə yük qoymağı mümkün deyildir. Həmin günü Qaradağ rayonunda da maşınının çəkisi yenə ölçülmüş və qanun pozuntusu olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmağına baxmayaraq X1 və BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırma zamanı işin tədqiq olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, şikayətdə hansə qərarın ləğv edilməsinin istənilməsi, inzibati xətaının törədilmə tarixi, şikayətçinin İXM-nin hansı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və iş üzrə əhəmiyyət kəsb edən digər hallar götərilmədiyindən şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 122, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar