Məhkəmə qərarları › İş №3(062)-727/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-727/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-727/2025 17.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilə, protokol tərtib etmiş İX taqım yol patrul xidməti inspektoru polis serjantı X8, qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, İX taqım yol patrul xidməti baş inspektoru polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs X9 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X9 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək İX taqım yol patrul xidməti baş inspektoru polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə onun idarə etdiyi "VAZ" 21065 markalı 60BG529 qeydiyyat nişanlı avtomaşını ilə Tovuz rayon Düz Qırıqlı kəndi ərazisində Bakı Qazax magistral yoldan kənarda dayanmış vəziyyətdə olarkən BDYPİ-nin əməkdaşı Elxan adlı polis zabiti və X5 ona Düz Qırıqlı yəni öz yaşayış yerinə yaxınlaşarkən qeyri etkik ifadə ilə hədə qorxu gəlmiş, onu sərxoş çıxarmaq üçün müxtəlif bəhənələr gətirərək əl qolunu sıxaraq həbsə salmaqla qorxutmuş, sərxoş olmadığı halda bəhanə edərək, əlində olan avadanlıqdan istifadə etməklə, onun avtomobilini qanunsuz olaraq cərimə meydançasına aparmışlar. Həmin an onun panika atakı olduğundan çox qorxmuş və polisə hörmətsizlik olmaması üçün polis əməkdaşının qanunsuz hərəkətinə görə əsas qanuna tabe olmuş və bildirmişdir ki, o sərxoş deyil və sərxoş vəziyyətdə avtomobil idarə etməmişdir. O, Tovuz rayon Düz Qırıqlı kəndində yəni magistral yoldan 1000 metr kənarda öz kəndində dayanmış vəziyyətdə olarkən ona qanunsuz yaxınlaşaraq Azərbaycan Respublikasının İnzibati Xətalara Məcəlləsinin 342.5 və 331.1-ci maddəsi ilə 400 manat inzibati cərimə tətbiq edilmişdir. BDYPİ-nin İnzibatı Xətalar Məcəlləsinin 342.5 və 331.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqda protokol qanunsuz və əsassızdır. Belə ki, o heç bir inzibati xəta törətməmişdir. BDYPİ-nin polis baş leytenantı X4 adlı polis İnspektoru özbaşına onu sərxoş olmağı ilə hədələyərək avtomaşınını cərimə meydançasına aparmışdır. Onu da qeyd etmək lazımdır ki, polis əməkdaşı onun sərxoş olmadığı halda əlində olan yeni aparat vasitəsi ilə sərxoş olduğunu guya ki təsbit etmişdir. Bu heç cür doğru ola bilməz ona görə ki, əvvəla polis İnspektoru onu sərxoş vəziyyətdə xəstəxanaya aparmalı, bu barədə ekspertizadan keçirilməli və sərxoşluğu həkim müayinəsinin rəyində qeyd edilməli idi. Adı çəkilən polis əməkdaşı bunu etmədi cunki, o sərxoş vəziyyətdə avtomaşını idarə etməmişdir. Sadəcə olaraq səhhəti ilə əlaqədar olaraq onun hər dəfəsində panikatakı olduğundan həmin əməkdaşların onu həbsə salması ilə hədələdikləri üçün o stress keçirərək çox qorxmuş və qanuna tabe olmuşdur. Lakin polis qanun pozaraq həm şəxsin əmlakını qanunsuz cərimə meydançasına aparmış, həmçinin də 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bundan başqa ən əsası isə polis əməkdaşı ona inzibati tənbeh vermə haqqda cərimə protokolu Şəmkir ərazisində qeyd etmişdir. Lakin o, ümumiyyətlə Şəmkir ərazisində olmamışdır. Polis əməkdaşı dəfələrlə qanun pozuntusu edərək onun öz kəndində olduğu halda, həm qanunsuz kəndə daxil olmuş, o sərxoş olmadan sərxoş kimi qeyd etmiş və qanunsuz və ədalətsiz onun idarə etdiyi avtomaşını cərimə meydançasına aparmışdır. Bir sözlə onun günahı olmadan cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən X9 şikayətdə göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X10 izahatında göstərmişdir ki, 2025ci il 23 iyul tarixində saat 01 radələrində xidmətdə olarkən Bakı-Qazax yolunun Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisindən keçən hissəsində xarici işıq cihazları sönülü halda olan VAZ 2106 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin YPX avtomobilini gördükdə yüksək sürətlə kəndin içinə doğru hərəkətə başladığını görmüşlər. Bu hal şübhə yaratdığından onun arxasınca getmiş və bir qədər irəlidə onu saxlatmışlar. Müəyyən olunmuşdur ki, həmin şəxs X6r. Onun hərəkətlərindən sərxoş olduğunu anlayıb alkotester vasitəsilə sərxoşluğunu yoxlamağı təklif etmişlər. Həmin şəxs etiraz etməmiş və alkotesterə üfürdükdən sonra həqiqətən də sərxoş olması müəyyən edilmişdir. Sürücü həkim müayinəsindən keçməyə zərurət olmadığını bildirib özü də pivə içdiyini etiraf etmişdir. Bundan sonra onun avtomobili duracağa yerləşdirilmiş, özü barəsində isə inzibati xəta haqqında protokol tərtib edilmiş və sənədlər aidiyyəti polis əməkdaşına təhvil verilmişdir. Həmin şəxs saxlanılarkən xidməti kamera vasitəsilə çəkilmiş videogörüntülər (01 ədəd diskdə) və alkotester göstəricisini məhkəməyə təqdim edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İX taqım yol patrul xidməti inspektoru polis serjantı X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 01:09-da “VAZ 21065” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 Azərbaycan Respublikası İnzibatin Xətalar Məcəlləsinin 333.1 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İX taqım yol patrul xidməti baş inspektoru polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.5-ci maddələri ilə təqsirli bilinib 400 manat məbləğdə inzibati cərimə edilmişdir. İşdə olan 02196 saylı, xx.xx.2025-ci il saat 01:03 tarixli qəbzdən görünür ki, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 alkotester ilə sərxoşluq müayinəsi zamanı alkoqolun miqdarı 0.314 promilli müəyyən edilmişdir. Protokol tərtib etmiş şəxs X10 tərəfindən məhkəməyə təqdim edilmiş 01 ədəd diskdə olan videogörüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, özünü X2 təqdim edən şəxs alkotester vasitəsilə sərxoşluğunu yoxlamağı təklif edən polis əməkdaşına etiraz etmir və alkotesterə üfürdükdən sonra sərxoş olması müəyyən edilir. Sürücü həkim müayinəsindən keçməyə zərurət olmadığını bildirib spirtli içki qəbul etdiyini etiraf edir. Sürücüyə qarşı polis əməkdaşları tərəfindən hər hansı formadan kobudluq edilməsi müşahidə edilmir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. Həmin Qaydaların 2.2-ci bəndində göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin Qaydaların 2.4-cü bəndində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. (İnzibati Xətalar Məcəlləsinin 96.2 və 96.5-ci maddələri). Məhkəmə tərəfindən iş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə alkotester qəbzinə, təqdim edilmiş videogörüntülərə və digər sənədlərə sübut kimi qiymət verilərək müəyyən edilmişdir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən şikayətçi barəsində protokol tərtib edilərkən və inzibati xəta haqqında qərar qəbul edilərkən qanun pozuntusuna yol verməmiş, şikayətçinin sərxoşluq müayinəsi qanunvericiliyin tələbinə uyğun həyata keçirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 məxsus “VAZ 21065” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt sürücünün sərxoş olmasını güman etməyə kifayət qədər əsas olduğundan sərxoşluq vəziyyəti alkotester köməyi ilə yoxlanılmış və sürücü X1 olması (0.314 promilli) müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar əsasında X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.5-ci maddələri ilə təqsirli bilinib 400 manat məbləğdə inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X3 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır (İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində təsbit edilmişdir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə diqqətə çatdırır ki, inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxs X3 törətdiyi inzibati xətanı nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh olmasına baxmayaraq, bu tənbeh növünün müzakirəsi və tətbiqi üçün protokolu məhkəməyə göndərməmiş, özü həmin maddənin sanksiyasına uyğun olaraq ən yüngül inzibati tənbeh olan inzibati cərimə tətbiq etməklə həm əməlin tövsifi hissəsində düzgün qərar qəbul etmiş, həm də inzibati xətanın xarakterinə və təhlükəlilk dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun ədalətli inzibati tənbeh növü tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X9 tərəfindən verilmiş şikayət təmin edilməməli və İX taqım Yol Patrul Xidməti Baş İnspektoru polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İX taqım yol patrul xidməti baş inspektoru polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar