Məhkəmə qərarları › İş №3(062)-729/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-729/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-729/2023 04.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə xx.xx.1973-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gədəbəy rayonu İnəkboğan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Haqqında Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: X3 xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Oaz 3151” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Tovuz rayonu Əyyublu kəndi ərazisində ikinci dərəcəli yolla baş yolun kəsişməsində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq birbaşa yola daxil olaraq, X2 idarə etdiyi “VAZ 2106” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə X2 və həmin avtomobildə sərnişin kimi əyləşmiş X1 yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İlkin araşdırma zamanı izahatı alınmış X3 ifadəsində göstərmişdir ki, “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi var. **-BG-*** dövlət qeydiyyat nişanlı “Oaz 3151” markalı avtomobili etibarnamə əsaında idarə edir. 28 iyul 2023-cü il tarixdə təxminən saat 06 radələrəində idarə etdiyi avtombillə Tovuz rayonu Əyyublu kəndi ərazisində yerləşən dəmir yolu olan sahəni keçdikdən sonra baş yolla kəsişən yol ayrıcına yaxınlaşmışdır. Səhər saatları olduğuna görə baş yolla heç kimin hərəkət etmədyini güman etmiş və sürətini azaldaraq birbaşa yola baxmadan baş yola çıxmışdır.Həmin vaxt Vaz 2106 minik markalı avtombil ilə toqquşmuşdur. Qeyd etdiyi avtomobildə iki nəfər gənc oğlanın yerə düşdüyünü görmüşdür. O tez həmin şəxslərin səhhətinin yoxlanılması üçün X8 Xidmətinə xəbər vermişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun ibtidai araşdırma zamanı alınmış etirafedici izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış rədd materialı ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İşə əlavə olunmuş 18 avqust 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İşə əlavə olunmuş 31 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 609 saylı rəyindən görünür ki, X4 bədən səthində aşkar olunmuş xəsarət sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, qarın nahiyəsinin qançırı küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aiddir. İşə əlavə olunmuş 31 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 610 saylı rəyindən görünür ki, X2 bədən səthində aşkar olunmuş xəsarət sağ diz oynağının qançır şişkinliyi, sağ bazu oynağının qançırı, sağ qulaq seyvanının və sağ qaş nahiyəsinin səthi yaraları küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə Şəxs inzibati tənbeh növü kimi cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar