Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-732/2023 24.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Tovuz rayonu Bozalqanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Bozalqanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Tovuz RPŞ-nin inzibati binasına dəvət edildikdən sonra inzibati binada ucadan qışqırıb səs-küy salaraq növbətçi hissənin işini pozmuşdur. Polis əməkdaşları onu nizam-intizama dəvət etsə də qanunun tələblərinə məhəl qoymamışdır. Məhkəmə iclasında protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 protokola uyğun izahat verərək, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra o, Tovuz RPŞ-nin inzibati binasına dəvət edilmiş, orada hadisə ilə bağlı polis əməkdaşlarının araşdırması zamanı bəzi nüanslara etirazını bildirmişdir. Bu zaman hadisənin təsirində olması və hirsli olması səbəbindən ucadan danışmış və bəzi xoşagəlməz ifadələr işlətmiş, lakin polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Bu halları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs dinləyib, iş materiallarını tədqiq edərək belə qərara gəlir ki, Şəxs hərəkətlərində xırda xuliqanlığın əlamətləri olduğuna görə o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs polisin qanuni tələbinə tabesizlik göstərməmiş, əksinə polis əməkdaşının tələbi ilə razılaşmışdır. Onun polis şöbəsində qayda pozması işdə olan sübutlarla təsdiq edilməmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan hissədə işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə hesab edir ki, polis şöbəsinin inzibati binası müvafiq araşdırmaların aparıldığı yer olmaqla orada bir qayda olaraq inzibati xəta törətmiş şəxslər bu məqsədlə şöbəyə gətirilir və ya şəxslərin hər hansı pozuntu ilə bağlı polisə müraciət etmək hüququ yaranır. Onların polisin inzibati binasında səs-küy salmalarını, qaydaları pozmaqda davam etdirmələrini tabesizlik kimi qiymətləndirilə bilməz və belə pozuntu tabe olmama kimi rəsmiləşdirilə bilməz. Ona görə də həmin hissədə işin icraatına hissəvi xitam verilməlidir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun inzibati qaydada cərimə olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə aid hissədə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-732/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-732/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver