Məhkəmə qərarları › İş №3(062)-732/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-732/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-732/2024 26.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ-si İTB-nin sahə rəisi X1 Zərərçəkmiş şəxs X2 Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx.xx.1956-cı ildə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əlilliyi olmayan, əvvəllər inzibati xətaya məruz qalmamış, məhkumluğu olmayan, Tovuz rayonu Cilovdarlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs - Haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Tovuz Rayon PŞ-dən daxil olmuş inzibati xətta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Tovuz rayonu Cilovdarlı kəndində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı X3 qarşılıqlı dalaşma zamanı qəsdən fiziki ağrı yetirmişdir. Faktla bağlı 26 avqust 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf etməyərək göstərdi ki, 10 iyul 2024-cü il tarixdə saat 09 radələrində o Cilovdarlı kəndində suvarılmayan torpaq sahəsində heyvanlarını otaran zaman Tahir Babayev yaxınlaşaraq onu təhqir etmiş guya torpaq sahəsini icarəyə götürərərək heyvanların oradan yol kənarına çıxarmışdır. Tahir qəsdən münaqişə yaratmış və onun əlində olan qamçını dartıb alaraq onu vurmuşdur. Vurduqdan sonra o polisə zəng etmək istəsə də Tahir Babayev ona məxsus olan mobil telefonu alaraq yerə atmışdır. Bu zaman onun mobil telefonuna 60 manat miqdarında maddi zərər dəymişdir. X4 vuraraq döymüşdür. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X5 məhkəmə iclasında göstərdi ki, Şəxs ona icarəsində olan torpaq sahəsinə heyvanları salaraq oranı otarmış və ona maddi ziyan vurmuşdur. 10 iyul 2024-cü il tarixdə saat 09 radələrində Tovuz rayonu Cilovdarlı kəndi ərazisində yerləşən torpaq sahəsinə gedən zaman Şəxs onun bostan sahəsinə heyvanları salaraq otardığını görmüşdür. O heyvanları torpaq sahəsindən çıxararaq Şəxs bunu nəyə görə etdiyini soruşan zaman o cavabında “yaxşı ediərm yer yiyəsi bilkər mən bilərəm” cavabını işlətmişdir. Bundan sonra o heyvanları çıxararaq torpağın kənarında dayanmışdır. Bu zaman Şəxs onu əlindəki qamçı ilə onun sağ çiyninə zərbə vurmuşdur. Şəxs bundan sonra əlindəki mıxçanı ona tərəf atmışdır. Oğlunun xəbərdarlığından sonra o aşağı əyilmiş nəticədə mıxça ona dəyməmişdir. Əslində Şəxs onu vuraraq döymüşdür. Hazırda Şəxslə barışmır, ondan şikayətçidir və qanuni tənbeh olunmasını məhkəmədən xahiş edir. İşə əlavə edilmiş 30 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş arayışdan görünür ki, Şəxs son bir ildə inzibati məsuliyyətə cəlb edilməmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, protokolu tərtib etmiş şəxsin, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifəlri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq onun inzibati qaydada cərimə olunmasını məqsədə müvafiq hesab edir. İnzibati xəta haqda iş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar