Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-735/2024 27.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Tələbkar "xxxx" BOKT MMC-nin nümayəndəsi X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz şəhəri Nəsimi küçəsi ev 26 mənzil 2-də qeydiyyatda olan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apelyasiya Məhkəməsinin 12 noyabr 2014-cü il tarixli 2(103)- 4659/2014 saylı icra vərəqəsinə əsasən 5464 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 28 manat 40 qəpiyin alınaraq "xxxx" BOKT QSC-yə ödənilməsi barədə icra vərəqəsinin icrasından Şəxs üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Bakı Apelyasiya Məhkəməsinin 12 noyabr 2014-cü il tarixli 2(103)-4659/2014 saylı icra vərəqəsinə əsasən 5464 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 28 manat 40 qəpiyin alınaraq "xxxx" BOKT QSC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmışdır. Həmin icra vərəqəsi Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icraatına 2024-cü ilin may ayında daxil olmuşdur. İş icra şöbəsinə daxil olduqdan sonra borclunun axtarışı təmin olunmuşdur. Hazırda həmin icra vərəqəsinin icrasından Şəxs üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, borcunun olması barədə bu gün xəbərdar olmuşdur. Borcunu ödəməkdən yayınmaq fikri yoxdur. Əslində onun adından olan zaminlik digər zaminə olmuşdur, borclunu ümumiyyətlə tanımır. Sonradan elə bilmişdir ki, pul ödənilib. Onun zamin duraraq götürülən pulu ödəməyə məcbur olduğunu bilir. Məhkəmə qətnaməsinin icrasından, borcunu ödəməkdən yayınmaq fikri yoxdur. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Tələbkar "xxxx" BOKT MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, borcludan kredit təşkilatına olan borcu tələb edirlər. Məhkəmədən ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borcluya icra barədə xəbərdarlıq yazılsa da, həmin xəbərdarlıq məhkəməyə gətirildiyi gün verilmiş və bu barədə 27 avqust 2024-cü il tarixdə borclunun izahatı alınmış, o borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Buradan da görünür ki, Şəxs məhkəmə qətnaməsinin icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-735/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-735/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver