Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-750/2024 28.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Tovuz RPŞ-dən daxil olmuş inxibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, 06 iyul 2024-cü il tarixdən 18 iyul 2024-cü il tarixədək olan müddət ərzində X2 bacısı Elzanın Qovlar şəhər qəbiristanlığında yerləşən qəbirinin ətrafında olan alüminium bəzəkləri oğurlamış, 22 iyun 2024-cü il tarixdə gecə saatlarında Tovuz rayonu Alakol kəndində su arxından X3 məxsus dəmir borunu oğurlamış, 22 iyul 2024-cü il tarixdə Tovuz rayonu Əyyublu kəndində yerləşən torpaq sahəsindən X1 məxsus dəmir borunu oğurlamışdır. Baş vermiş xəta ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə ayrı-ayrılıqda protokol tərtib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs barəsində olan inzibati xəta haqda iş üzrə materialları araşdıraraq hesab edir ki, Şəxs ayrı-ayrı vaxtda öz hərəkətləri ilə eyni inzibati xətanı törətdyindən həmin işlər üzrə icraat birləşdirilərək bir icraatda baxıla bilər. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilməsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında nümayiş etdirdiyi mövqeyə görə inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Göründüyü kimi Azərbaycan Respublikası İXM-də işlərin birləşdirilməsi göstərilmədiyindən analogiya üzrə Azərbaycan Respublikası CPM-nə müraciət olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraata birləşdirilə bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci ilə toplanmış inzibati xəta haqda materiallar bir icraata birşəldirilməklə baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34 və CPM-nin 49-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci ilə toplanmış materillara bir icraata birləşdirilməklə baxılsın. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-750/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-750/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver