Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-755/2023 29.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məmmədəliyev Habil Hamlet oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz rayon X11 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı Ayxan Əmirxanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X2 iştirakı ilə, xx.xx.1955-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaş, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Tovuz şəhəri İ.Mürşüdov küç. ev 11-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon X11 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı Ayxan Əmirxanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin inzibati binasında münaqişə edərək səs küy salaraq xırda xuliqanlıq etmişdir. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon X11 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı Ayxan Əmirxanov qanuna müvafiq qərar gəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində müvəqqəti təminat tədbirinə dair ərizə ilə bağlı məlumat almaq məqsədi ilə Tovuz Rayon Məhkəməsinə getmişdir. İcazə alaraq hakimin köməkçisindən məlumat soruşarkən, köməkçi qərardadın poçt vasitəsilə göndərildiyini bildirdi. O da belə tezliklə qərardadın hazır olmağına inanmadığından köməkçiyə əsəbi halda ”yalan deyirsən” deyərək binanı tərk etmişdir. Onun kimliyini və şəxsi keyfiyyətlərini hüquq mühafizə orqanlarının işçiləri, məhkəmə və çəmiyyətdə yaxşı tanıyılar. Ona görə də göstərilənlərin nəzərə alınmasını xahiş edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Rəşad Abdullayev bildirdi ki, Şəxs məhkəmədən qərar istəyən zaman biraz əsəbi olmuş amma bü demək deyil ki, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xətanın tərkibi var .Ona görə də inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati işə xitam verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X1 Əli Nazim oğlu, X4, X5 və X10 akt tərtib edərək göstərmişlər ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 10:30 radələrində vətəndaş Şəxs Tovuz Rayon Məhkəməsinin hakim köməkçisinə yaxınlaşaraq ondan məhkəmə işi ilə əlaqədar qərardadının surətini istəmiş, qayıdarkən məhkəmədə ictimai qaydanı pozan hərəkətlərə yol verərək yüksək səslə danışaraq, məhkəmədə işin gedişatına mane olmuşdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş X10 izahatında göstərdi ki, məhkəmə binasının inzibati hissəsinə vətəndaşların girişi məhdudlaşdırılsa da Şəxs həmin hissəyə girişini görməmişdir. O səs gələrkən Gülağaya yaxınlaşmışdır.Bu zaman Gülağa məhkəmə işçilərinə “yalan deyirsən” deyərək işçilərin otağına girməyə cəhd edirdi. Onu ordan kənarlaşdırmışdır. Bu zaman ətrafda məhkəmənin çağırışı ilə bağlı məhkəmə çağırışına gələn şəxslər də olmuşdur ki, onlar haray-həşirdən sonra məhkəmənin inzibati binasını tərk etmişlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş X9, X8, X4 və X5 da X6 izahatı ilə oxşar məzmunlu izahatlar vermişlər. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə şahidlərin izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin inzibati binasında səs-küy salaraq xırda xuliqanlıq etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, şəxsin səs-küy salmasına, etirazının bu formada, kütlə içərisində bildirilməsinə hər hansı əsaslar olmamışdır. Onun tələb etdiyi qərar elan edildiyi gün rabitə orqanına təhvil verilmişdir. Belə olduğu halda vətəndaşın etirazının hər hansı əsası olmayaraq, niyyəti xuliqanlıqdan başqa bir şey deyildir. Əksinə onun Tovuz Rayonu vəkil bürosundan çıxdıqdan dərhal sonra məhkəməyə gələrək, məhkəmə işçilərinə aqressiv münasibət bildirməsi də qəbul edilən və başa düşülən deyildir. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə göstərir ki, Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi iş materialları ilə təsdiqini tapır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşını nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-755/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-755/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver