Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-757/2025 05.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Qazax- Tovuz regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin əmək müfəttişi X2 tərəfindən tərtib olunmuş 02 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən dörd nəfər işçinin əmək müqaviləsinin elektron formada tərtib edilməsinin təmin edilməsi ilə bağlı DƏMX-nin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-67942/2025 nömrəli icrası məcburi göstərişinə əməl edilməməmişdir Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X4 izahat verərək bildirdi ki, səlahiyyətli orqanın barələrində tərtib etdiyi protokol və onun əsasında qəbul edilmiş qərardan narazıdır. Belə ki, MMC tərəfindən qanunvericiliyin tələbi pozulmamış və bütün işçilərlə bağlanmış əmək müqavilələri elektron formaya keçirilmişdir. Göstərilənləri nəzərə alaraq barələrində olan inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Qazax-Tovuz regional şöbəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, Şəxs MMC-nin barəsində tərtib edilmiş 02 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş mаteriаllаrındа оlаn və məhkəmə bаxışındа tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 3-17-5/2-67942/2025 nömrəli göstərişdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 1195-VİQD nömrəli Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən, bu qanunun qüvvəyə mindiyi günədək bağlanmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi nəzərdə tutulmuşdur. Bunun üçün xx.xx.2025-ci il tarixədək müddət təyin edilmişdir. Şəxs MMC-yə xx.xx.2025-ci il tarixədək həmin Qanundan irəli gələn tələblərin yerinə yetirilməsi barədə tələb bildirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə görə, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göründüyü kimi, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin üzərinə düşsə də, həmin orqan tərəfindən məhkəməyə Şəxs MMC-nin İXM-in 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Əksinə barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi mötəbər sübutdan da görünür ki, Şəxs MMC işçilərlə bağlanmış əmək müqavilələrini elektron sənəd formasına keçirilməsini təmin etmişdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Normanın qeyd edilən tələbindən də görünüdüyü kimi, həmin maddə üzrə tətbiq edilən inzibati cərimə şərti tətbiq edilən cərimədir və barəsində qərar qəbul edilmiş şəxs qeyd edilən müddətdə həmin nöqsanı aradan qaldırarsa cərimə ödənilmir. Bu baxımdan, hətta Şəxs MMC-nin doğrudanda DƏMX-in xx.xx.2025-ci il tarixli, 3- 17-5/2-67942/2025 nömrəli icrası məcburi göstərişinə əməl etməməsi məhkəmə prosesi zamanı sübut olunsa idi belə, Şəxs MMC barəsində əsassız olaraq şərti cərimənin tətbiq edilməsi, ona göstərişin icra olunması üçün vaxt verilməsi inzibati xətalar məcəlləsinin qanunçuluq prinsipinə zidd olardı. Belə ki, Şəxs MMC tərəfindən təqdim edilmiş sistemdən çıxarışlardan görünür ki, qeyd edilən işçilərlə bağlanmış əmək müqavilələri elektron sistemə keçirilmişdir. Belə olan halda artıq icra olunmuş göstərişin icra olunması üçün yenidən əlavə vaxt verilməsi hüquqi məntiqə sığmır. Beləliklə, məhkəmə hesab edir ki. Şəxs MMC-nin İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 40, 48-53, 61, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №3(062)-757/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-757/2025
05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver