Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-758/2024 23.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Tovuz rayon X7 X9 Yol Patrul Xidmətinin rəisi polis polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz rayon X7 X9 Yol Patrul Xidmətinin rəisi polis polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə onu Tovuz rayonunun Avtovağzal deyilən ərazisində dördyolda dövlət yol polisi əməkdaşı Elçin adlı şəxs saxlamış və idarə etdiyi avtomobildən düşməsini bildirmişdir. Öz avtomobilindən düşərək polis əməkdaşının xidməti avtomobilinə əyləşmişdir. Polis əməkdaşı özünü ona təqdim etmədən alkotestr uzatmış və spirtli içki qəbul etdiyini bildirmişdir. Alkotestrin nəticəsinə baxmağı tələb etsə də, onun müraciəti nəticəsiz qalmışdır. Polis əməkdaşı ilə razılaşmamış və həkim müayinəsi tələb etmişdir. Lakin onu birbaşa polis şöbəsinə aparmışlar. Odur ki, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Barəsində qərar qəbul edilmiş şəxs və qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz rayon X7 X9 Yol Patrul Xidmətinin inspektoru polis kiçik serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə, saat 05:28-də “VAZ 21074” markalı ** FO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 Azərbaycan Respublikası İnzibatin Xətalar Məcəlləsinin 329.1, 327.1, 339.1-1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Tovuz rayon X7 X9 Yol Patrul Xidmətinin rəisi polis polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 327.1, 339.1-1 və 333.1-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 333.1-ci maddəsi üzrə 400 manat məbləğdə inzibati cərimə edilmişdir. “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktdan görünür ki, “VAZ 21074” markalı ** FO *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə saxlanca verilmiş, nəqliyyat vasitəsinin sürcüsü akta imza edərək avtomobilin saxlanca verilməsinə etiraz etməmişdir. İşdə olan 01995 saylı, xx.xx.2024-cü ili saat 06:21 tarixli qəbzdən görünür ki, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hacıyev alkotestr ilə alkoqol müayinəsi zamanı 1.967 % spirtli içki qəbul etdiyi müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. Həmin Qaydaların 2.2-ci bəndində göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin Qaydaların 2.4-cü bəndində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. (İnzibati Xətalar Məcəlləsinin 96.2 və 96.5-ci maddələri). Məhkəmə tərəfindən iş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə qəbzə və digər sənədlərə sübut kimi qiymət verilərək müəyyən edilmişdir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən şikayətçi barəsində protokol tərtib edilərkən və inzibati xəta haqqında qərar qəbul edilərkən qanun pozuntusuna yol verməmiş, şikayətçinin sərxoşluq müayinəsi qanunvericiliyin tələbinə uyğun həyata keçirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 məxsus “VAZ 21074” markalı ** FO *** dövlət qeydiyyat nişanlı avtomobil yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt sürücünün sərxoş olmasını güman etməyə kifayət qədər əsas olduğundan sərxoşluq vəziyyəti xüsusi texniki vasitənin köməyi ilə yoxlanılmış və sürücü X1 1,967 % alkoqollu olması müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar əsasında X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 327.1, 339.1-1 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 manat məbləğdə inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X1 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır (İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində təsbit edilmişdir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə diqqətə çatdırır ki, inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxs X1 törətdiyi inzibati xətanı nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh olmasına baxmayaraq, bu tənbeh növünün müzakirəsi və tətbiqi üçün protokolu məhkəməyə göndərməmiş, özü həmin maddənin sanksiyasına uyğun olaraq ən yüngül inzibati tənbeh olan inzibati cərimə tətbiq etməklə həm əməlin tövsifi hissəsində düzgün qərar qəbul etmiş, həm də inzibati xətanın xarakterinə və təhlükəlilk dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun ədalətli inzibati tənbeh növü tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməməli və Tovuz rayon X7 X9 Yol Patrul Xidmətinin rəisi polis polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz rayon X7 X9 Yol Patrul Xidmətinin rəisi polis polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-758/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-758/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver