Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-760/2023 04.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz rayonu Əlimərdanlı kəndində qeydiyyatda olan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: X4 məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2 (062)-874/2021 saylı icra vərəqəsinə əsasən 11 sentyabr 2004-cü ildə anadan olmuş Nuranə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay sabit pul məbləğində 140 manat alimentin alınaraq X1 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2 (062)-874/2021 saylı icra vərəqəsinə əsasən 11 sentyabr 2004-cü ildə anadan olmuş Nuranə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay sabit pul məbləğində 140 manat alimentin alınaraq X1 verilməsi qət olunmuşdur. Həmin icra vərəqəsinin icrasından Şəxs üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Müxtəlif tarixlərdə ödəmələri öz təsdiqini tapsa da hazırda Şəxs borcu 1500 manat təşkil edir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, məhkəmə tərəfindən uşağı üçün müəyyən olunmuş alimenti ödəmişdir. Əslində borcu da o qədər deyil. Uşaq hazırda yetkinlik yaşına çatmışdır. Bundan əvvəlki ildə də Vüsalə İbrahimova şikayət edərək ona borcunun olduğunu bildirmiş və o da borcunu tamamilə ödəmişdir. Uşağın yaşı 2022-ci ilin sentyabr ayının 11-də tamam olmuşdur. Borcu isə o qədər deyil. Vüsalə İbrahimovaya etdiyi ödənişləri dəqiqləşdirərək uşağına ödədiyi alimentə görə borcu nə qədər təşkil edərsə onu tezliklə ödəyəcəkdir. Borcunu ödəməkdən yayınmaq fikri yoxdur. Ona görə də hesab edir ki, qətnamənin icrasından qərəzli boyun qaçırmır. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. İcra işində olan materiala əlavə edilmiş 28 iyul 2022-ci ildə X3 tərəfindən Tovuz Rayon İcra və Probasiysa şöbəsinə verilmiş ərizədən görünür ki, Şəxs ona olan aliment borcunun ümumilikdə 1190 manat olduğunu bildirmişdir. Həmin vaxtdan ay yarım sonra uşaq yetkinlik yaşına çatmışdır. İcra məmuru tələbkarın borcludan həmin vaxtdan sonrakı dövrdə 500 manat almasını etiraf etdiyini bildirir. Məhkəmə iclasında müəyyən edildi ki, borclu borcundan müxtəlif vaxtlarda ödəmələr etmişdir. İcra işində olan materiala əlavə edilmiş X3 tərəfindən icra şöbəsinə verilmiş 28 iyul 2022-ci il tarixli ərizədən görünür ki, Şəxs alimentə görə borcu 1190 manat təşkil edir. Təkcə borclunun dediyinə məhkəmə inanarsa Şəxs borcu 2022-ci ilin iyul ayının sonuna 1190 manat təşkil edir. Bundan sonra 2022-ci ilin avqust və sentyabr aylarını da uşağın yetkinlik yaşına çatanadək dövr üçün alimentin ödənilməməsini nəzərə alsaq aliment borcu 1470 manat təşkil edir. Həmin borcdan Şəxs 500 manat ödəmə etməsini nəzərə alınarsa onda borc 970 manat təşkil edir. Buradan da görünür ki, Şəxs barəsində icra məmuru protokolu onun ödəmə etməsini və borcun real məbləği barədə qeyri-müəyyən halları aradan qaldırmadan tərtib etmişdir. Ödəmələrin olması həmçinin yaranmış borcun ödənilməsindən Şəxs boyun qaçırmaması qətnamənin icrasından onun qərəzli boyun qaçırmadığını təsdiq edir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-760/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-760/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver