Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-762/2023 19.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Surət Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in BDYP-nin polis polkovnik-leytenantı X2 xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarların vermiş olduğu şikayətinə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 Azərbaycan Respublikası DİN-in BDYP-nin polis polkovnik-leytenantı X2 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlarına əsasən, o İXM-nin 329.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək hər dəfə 300 manat olmaqla, ümumilikdə 600 manat məbləğində cərimə edilmişldir X1 Azərbaycan Respublikası DİN-in BDYP-nin polis polkovnik-leytenantı X2 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və inzibati xətalar haqqında işlər üzrə icraata verilməsini xahiş etmişdir. X6 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış və sonradan həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə 6 ay müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququnun məhdudlaşdırılmasına xitam verilmişdir. DİN-in BDYP-nin polis polkovnikleytenantı X2 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarları ilə o, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmək və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək hər dəfə 300 manat olmaqla, ümumilikdə 600 manat məbləğində cərimə edilmişldir. İlk öncə Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(062)-217/2023 saylı qərarı ilə sürücülük hüququnun məhdudlaşdırılmasına dair iş üzrə məhkəmənin qərarının icrasına xitam verildiyindən onun əməlində İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. İnzibati xəta haqqında qərarda göstərilən Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmək hissəsinə gəldikdə isə həmin hissədə də iş üzrə icraata xitam verilməlidir. Belə ki, DİN-in BDYP-nin polis polkovnikleytenantı X2 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlarında inzibati xəta aşkar olunmasında istifadə olunmuş xüsusi texniki vasitənin (video kameranın)-tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçiriməli olduğu vact barədəməlumatlar göstərilməmişdir. Odur ki, Azərbaycan Respublikası DİN-in BDYP-nin polis polkovnik-leytenantı X2 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və inzibati xətalar haqqında işlər üzrə icraata verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və məhkəmə iclasında iştirak edən şəxsi dinləyərək hesab edir ki, şikayət təmin edilməli, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 332.3-cü maddələri ilə olan inzibati xəta haqqında qərarlar ləğv edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, qanuncericiliyə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikası DİN-in BDYP-nin polis polkovnik-leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli nzibati xəta haqqında qərarlar qəbul edilmişdir. Həmin qərarlarlarla X6 16 avqust 2023-cü ildə və 28 avqust 2023-cü ildə İXM-nin 329 və 332.3-cü maddələri ilə inzibati məsuliyyətə ona görə cəlb edilmişdir ki, o həmin vaxtlarda təhlükəsizlik kəmərini bağlamadan və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsini idarə etmişdir. Məhkəmə həmin qərarları qanunsuz hesab edir. Belə ki, məhkəmə qərarların İXM-nin 332.3-cü maddəsinə münasibətdə onu qeyd edir ki, Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə X3 nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılsa da, həmin məhkəmənin 10 aprel 2023-cü İl tarixli Qərarı ilə Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarının icrasına xitam verilmişdir. Bu da onu deməyə əsas verir ki, X6 16 avqust və 28 avqust 2023-cü il tarixlərində nəqliyyat vasitəsini idarə etmək hüququna malik şəxs olmuşdur. Belə olduğu halda onun barəsində qəbul edilmiş qərarın hən hansı hüquqi əsası mövcud olmamışdır.Ona görə də qərar həmin hissədə ləğv edilməlidir. Məhkəmə təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə məsuliyyət müəyyən edən hissədə onu qeyd edir ki, həmin hissədə də qərar qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Qəbul edilmiş qərarlarda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin tipi,markası,modeli,yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilmədiyindən məhkəmə həmin xüsusi texniki vasitə ilə aşkar edilmiş inzibati xətaya dair qəbul edilmiş qərarların hüquqi nəticələrini qəbul etmir. Belə ki, həmin göstəriciləri əks etdirməyən qərar nəticəsində şəxsin əsassız olaraq inzibati məsuliyyətə cəlb edilməsi də qaçılmaz ola bilər. Odur ki, məhkəmə hesab edir ki, həmin qərarlar da ləğv edilməlidir. İXM-nin 100.1.8-ci maddəsinə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar əsasən inzibati xəta haqqında protokolda göstərilməlidir. İXM-nin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə). Məhkəmə hesab edir ki, qərarlarda xüsusi texniki vasitələrin göstəriciləri əks edilmədiyindən, həmin cihazın göstəriciləri əsasında şəxsin inzibati məsuliyyətə cəlb edilməsi onun əsassız olaraq məsuliyyətə cəlb edilməsi ilə nəticələnə bilər. Odur ki, məhkəmə hesab edir ki, qərarlar həmin hissədə də ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135-ci maddəsinə uyğun olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X3 barəsində Azərbaycan Respublikası DİN-in BDYP-nin polis polkovnik-leytenantı X2 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarları ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 128-130 və 134-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.3cü maddələri ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-in BDYP-nin polis polkovnik-leytenantı X2 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarları ləğv edilsin və inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-762/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-762/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver