Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-763/2023 28.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Şikayət vermiş şəxs X5, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 14 iyul 2023-cü il tarixli MN № ******* saylı qərardan X8 tərəfindən verilmiş şikayətə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş 14 iyul 2023-cü il tarixli MN № ******* saylı qərarla Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsinə əsasən 4400 (dörd min dördc yüz) manat miqarında cərimə edilmişdir. X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 14 iyul 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2-ci Qarabağ müharibəsi qazisidir. Müharibədə iştirak edən zaman hərbi əməliyyatlar nəticəsində ağır travmalar almışdır. Həmin yaralanmalarına görə uzun müddətdir ki, Bakı şəhərində M.A.Qasımov adına Respublika Klinik xəstəxanasında və digər xəstəxanalarda müalicələr alır. Qazi olduğu üçün Tovuz rayon İcra Hakimiyyəti Başçısı tərəfindən ona Tovuz rayonu Əyyublu kəndində 112 kv. metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində o, heç bir təmir-tikinti, yaxud əkin-biçin işləri aparmamış və müalicə aldığı üçün həmin torpaq sahəsinə gedə bilmir. xx.xx.2023-cü il tarixdə Tovuz rayonuna gələn zaman bilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı 14 iyul 2023-cü il tarixli qərar ilə cərimə olunmuşdur. Qərarın yazılmasına səbəb olaraq 2 ədəd tut ağacının onun tərəfindən götürülərək məhv edilməsi qeyd edilmişdir. Lakin o, uzun müddətdir ki, Bakı şəhərində müalicə aldığı üçün həmin tut ağaclarının kim tərəfindən, necə məhv edilməsindən xəbəri olmamışdır. Yazılmış həmin qərar ilə razı deyil. Ona görə də qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət ərizəsi verən X8 şikayətini müdafiə edərək göstərdi ki, 14 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi xahiş etdi. Məhkəmə iclasında iştirak edən 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 bildirdi ki, X6 və X4 tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış müraciət idarənin əməkdaşları tərəfindən araşdırılarkən X5 bələdiyyə mülkiyyətinə aid ərazidə abadlıq işləri aparmaq məqsədi ilə qazıntı apararkən 2 ədəd tut ağacının götürərək məhv edilməsi nəticəsində İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi müəyyən olunmuşdur. Ona görə də, Qanuna müvafiq qərar gəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, X8 barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə olan inzibati xəta haqda qərar ləğv edilməli və iş yenidən araşdırılması üçün həmin inzibati orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallardan biri, inzibati xəta hadisəsinin (inzibati xəta törədilmişdirmi) müəyyən edilməsindən ibarətdir. Əvvəlcə məhkəmə onu qeyd edir ki, qeyd edilən hüquq normalarının tələbləri baxımından aydınlaşdırılması zəruri olan ilkin məqam ondan ibarət olmalıdır ki, protokollaşdırılan əməllə inzibati xəta hadisəsi baş vermişdirmi, yəni inzibati xəta törədilmişdirmi? Bu sual ətrafında hüquqi dəyərləndirmə aparmağa başlamazdan öncə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İzibati xəta haqqında iş üzrə icraatın başlanmasının əsas şərti səlahiyyətli orqan tərəfindən protokolun tərtib edilməsidir. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını və inzibati araşdırmanın keçirilməsini təsdiqləyən əsas element inzibati protokolun mövcudluğudur. İnzibati xətalar haqqında işlər üzrə icraat prosesində inzibati protokol (prokurorun qərarı) vacib prosessual sənəddir. Belə ki, xəta törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsinə dair ittiham məhz inzibati protokol (prokurorun qərarı) əsasında yaranır. Bu prosessual sənəd olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti, yəni inzibati xətaya dair işə baxılması mərhələsinə keçmək mümkün deyil. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, inzibati protokolda inzibati xəta hadisəsinin tödəilməsi faktı kimi 80126 saylı akt, bələdiyyənin arayışı və fotoşəkillər göstərilmişdir. İşə baxılarkən inzibati xəta haqqında protoko tərtib edən orqan tərəfindən bələdiyyənin arayışı və fotoşəkillər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin özünün inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilməmişdir. Belə ki, inzibati orqana şikayət vermiş şəxslərin məlumatı əsasında həmin andan bəlli idi ki, inzibati xəta kimin tərəfindən törədilmişdir.Belə olduğu halda inzibati orqan İXM-nin 101.2ci madəsinə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyəti barədə məlumatların əlavə aydınlaşdırılması labüd idi. İşdən göründüyü kimi inzibati xəta haqqında protokol 05 iyul 2023-cü ildə tərtib edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar 14 iyul 2023-cü ilədə verilmişdir. Halbu ki, yalnız inzibati araşdırılma aparılması halları istisna edilməklə, İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Hazıərki işdən isə inzibati araşdırılmanın aparılıb-aparılmamasını müəyyən etmək mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 14 iyul 2023-cü il tarixli MN № ******* saylı qərarı ləğv edilməli, şikayət vermiş şəxs X5 iştirakı təmin edilməklə yenidən araşdırılma aparılmalıdır. Belə ki, qərarı qəbul etmiş vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınalşdırılmamışdır. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardandır. İXM-nin 134.1.4.cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 14 iyul 2023-cü il tarixli MN № ******* saylı qərar ləğv edilməli və qeyd edilən iş baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 14 iyul 2023-cü il tarixli MN № ******* saylı qərar ləğv edilərək, qeyd edilən iş baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-763/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-763/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver