Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-765/2023 05.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ İTB-nin sahə rəisi polis leytenantı X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 2001-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər inzibati xətaya məruz qalmamış, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz şəhəri M.Ə.Sabir küçəsi ev 58-də qeydiyyatda olan və Tovuz şəhəri H.Əliyev prospektində yaşayan, Şəxs - Barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində şəxsi münasibətlər zəminində tanışı X3 yaşadığı Tovuz şəhəri R.Məmmədov küçəsi ev 6-da yerləşən evin qarşısında əli ilə vuraraq fiziki ağrı yetirməklə dərəcəsi təyin edilməyən xəsrətlər yetirməklə döymüşdür. 05 sentyabr 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzbati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs törətmiş olduğu xətanı etiraf edərək göstərdi ki, Elvira Bağırovanı uzun müddətdir ki, tanıyır. Əvvəllər onunla münasibəti olmuşdur. 10 avqust 2023-cü ildə Elvira Bağırova ona zəng vuraraq paltarın pulunu istəmiş, arxasınca onu nalayiq ifadələrlə təhqir etmişdir. O isə əsəbləşərək Elviranın yaşadığı evin qarşısına gələrək onu əli ilə vurmuşdur. Törətdiyi əməldən peşmandır. Dediklərini nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X5 məhkəmə iclasında göstərdi ki, Şəxs uzun müddətdir ki, tanıyır. Vüsal onu və ailəsini taksi fəaliyyəti gösytərərək bir yerdən başqa yerə aparmaqla məşğul olmuşdur. Əvvəllər paltar dükanında işləyən zaman Vüsal ondan gəlib nisyə paltar almışdır. Həmin paltarın pulunu vermədiyi üçün Vüsala 10 avqust 2023-cü ildə zəng vurmuşdur. Pulunu tələb etmiş və onun barəsində danışdığı böhtanları dayandırmasını Vüsala bildirmişdir. Bir neçə dəqiqə sonra Vüsal onun yaşadığı evin qarşısına gələrək onu vuararaq döymüşdür. Onunla barışmaq istəmir. Hazırda Vüsal ilə barışmır, ondan şikayətçidir və ağır inzibati tənbeh olunmasını məhkəmədən xahiş edir. Baş vermiş xəta ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 05 sentyabr 2023-cü il tarixdə MN №1652995 saylı protokol tərtib olunmuşdur. İşə əlavə edilmiş 15 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş 12 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 652 saylı rəyindən görünür ki, X2 bədən səthində müəyyən edilmiş xəsarətlər boyun nahiyəsinin sıyrıqları, sağ bazu nahiyəsinin qançırları küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş arayışdan görünür ki, Şəxs son bir ildə inzibati məsuliyyətə cəlb edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs X4 fiziki ağrı yetirərək döyməsi sübut olunur. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifəlri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun inzibati qaydada həbs olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzbati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 05 sentyabr 2023-cü il tarixdən saat 15:40-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-765/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-765/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver