Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-766/2023 05.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əlilliyi olmayan, Tovuz rayonu Bozalqanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Haqqında Azərbaycan Respublikası İXM-nin 332.2, 339.1-1 və 511.1.3cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, 05 sentyabr 2023-cü il tarixdə Tovuz rayonu ərazisində yerləşən Ceyrançöl qış otlaq ərazisində **-BG-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı texniki baxışdan keçirilməmiş, avtomobili sürücülük vəsiqəsi olmadan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hərəkətləri ilə müşayiət olunan ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən yol hərəkəti qaydalarını davamı olaraq pozulması ilə müşayiət olunan qərəzli avtoxuliqanlıq hərəkətləri etmişdir. Şəxs məhkəmə iclasında ona elan olunmuş avtoxuliqanlıqla bağlı inzibati xətanı törətmədiyini bildirərək izahatında bildirdi ki, 05 sentyabr 2023-cü il tarixdə tanışı Nadir Dünyamalıyev ilə birlikdə Tovuz rayonu Ceyrançöl qış otlaq sahəsində özlərinə məxsus torpaq sahəsində becərdikləri soğanın üstünü biçmək məqsədilə getmişlər. Orada olarkən işləyib qayıdarkən avtomobili öz torpaq sahəsinin içərisində 5-6 dəfə fırlatmışdır. Ərazidə olan polis əməkdaşının maşını saxlamaq tələbindən sonra o avtomobili hərəkətsiz vəziyyətə gətirmişdir. Avtomoili öz torpaq sahəsinin içərisində hərəkət etdirərkən ətrafda tanışı Nadirdən başqa heç kim olmamışdır. Odur ki, barəsində olan inzbati materialın icraatına xitam verilməsini xahiş edir. İşə əlavə olunmuş 05 sentyabr 2023-cü il tarixli İXP ******* saylı protokolun surətindən görünür ki, Şəxs barəsində Azərbyacan Respublikası İXM-nin 332.2, 339.1-1 və 511.1.3-cü maddələri ilə məsuliyyət müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətdir. Həmin maddənin 3-cü hissəsində isə həmin qərəzli hərəkət mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayət olunan hərəkətdir. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 511.1.3-cü maddəsi ilə hər hansı bir hərəkət törətməsi iş materialları ilə sübuta yetirilmir. Belə ki, inzibati xəta hadisəsi törədilən ərazi ictimai yerdən xeyli uzaqda yəni Tovuz rayonu Ceyrançöl qış otlaq sahəsi yaşayış olmayan sahədir. İzahatla Şəxs torpaq sahəsində dostu ilə birlikdə olan zaman avtomaşını özünə məxsus olan torpaq sahəsinin içərisində qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsini həyata keçirdiyi müəyyən olunur. Lakin avtoxuliqanlıq inzibati xəta tərkibinin yaranması üçün nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması əməli nə izahatla, nə də iş materialları ilə öz təsdiqini tapmamışdır. Qanunvericiliyin anlayışı isə konkret olaraq ictimai qaydanın pozulmasını nəzərdə tutur. Heç bir şəxs törətmədiyi inzibati xətaya görə məsuliyyətə cəlb oluna bilməz. Yalnız bu məcəllə ilə nəzərdə tutlmuş əməl inzbati xəta tərkibi kimi müəyyən olunarsa şəxs məsuliyyətə cəlb oluna bilər. Özünə məxsus torpaq sahəsində tanışına məxsus avtomobili qəflətən sürətləndirməklə idarə olunması heç kimin və cəmiyyətin dincliyini nümayişkaranə şəkildə pozmadığı üçün İXM-nin 511.1.3-cü maddəsinin tərkibi yaranmır. Ona görə də Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbyacan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə müəyyən olunmuş avtoxuliqanlıq inzibati xəta törətməsi halı sübuta yetmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində avtoxuliqanlıq əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 332.2 və 339.1-1-ci maddələrinə baxılması məhkəmənin səlahiyyətinə aid deyil. Ona görə də məhkəmə inzibati materialı həmin maddələr üzrə müzakirə etmir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-766/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-766/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver