Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-767/2023 05.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Zərərçəkmiş şəxslər X2, X5, X3, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, subay, Tovuz rayonu Qovlar şəhəri S.Ə.Şirvani küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayan Şəxs Haqqında Azərbaycan Respublikası İXM-nin 332.1, 334.1, 334.3, 327.2, 332.2 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 01 radələrində tanışı X4 məxsus olan “Mercedes Benz E200” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan sərxoş vəziyyətdə idarə edən zaman Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində üzü Qovlar şəhər istiqamətində hərəkətdə olan zaman qəfildən idarəetməni itirərək yolun əks istiqaməti ilə hərəkətdə olan Mercedes Benz E200 mnik markalı **-MO- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sol tərəfindən vurduqdan sonra yolun sağ tərəfində dayanmış Toyota Karina E minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili və Xəzər LX minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq avtomobillərə maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334.1, 334.3, 327.2, 332.2 və 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında inzibati xətanı etiraf edərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində tanışı X1 idarə etdiyi Mercedes-Benz E200 minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə edərək Tovuz rayonu Qovlar şəhərinə yaşadıqları evə getmişdir. Bir fincan pivə içmişdir. Təxminən 3-4 saat keçdikdən sonra 04 sentyabr 2023-cü il tarixdə saat 01 radələrində siqareti olmadığı üçün **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən marketə getmiş və siqareti aldıqdan sonra Qovlar şəhəri istiqamətində geri qayıdarkən qəfildən idarəetməni itirərək yolun əks istiqaməti ilə hərəkətdə olan Mercedes Benz E200 mnik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sol tərəfindən vurduqdan sonra yolun sağ tərəfində dayanmış Toyota Karina E minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili və Xəzər LX minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Zərərçəkmiş şəxslərə vurduğu zərəri sığortanın köməkliyi ilə verəcəkdir. Hazırda onlara vurduğu zərəri ödəməyə maddi imkanı yoxdur. Odur ki, barəsində yüngül tənbeh verilməsini xahiş edir. İş üzrə zərəçəkmiş şəxs X8 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 03 sentyabr 2023-cü il tarixdə atasına məxsus olan Toyota Karina E minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Tovuz rayonu Abulbəyli kəndindən Aşağı Quşçu kəndində yerləşən çay evinə getmişdir. Avtomobili çay evinin qarşısında saxlayaraq orada oturmuşdur. 1-2 saat orada oturduqdan sonra 04 sentyabr 2023-cü il tarixdə saat 01 radələrində maşın toqquşması səsini eşidib çölə çıxan zaman Şəxs avtomobil ilə bir neçə avtomobili vuraraq maddi ziyan törətdiyini görmüşdür. Avtomobilinə dəymiş zərəri tələb edir. İş üzrə zərərçəkmiş şəxs X6 da 04 sentyabr 2023-cü il tarixdə 01 radələrində idarə etdiyi Mercedes Benz E200 mnik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə Şəxs **-BH-*** dövlət qeydiyyat nişanlı avtombili idarə edən zaman idarəetməni itirdikdən sonra onun da avtombilinə dəyərək zərər vurmuşdur. Avtomobilinə dəymiş zərərin hazırda ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, idarə etdiyi Az Samand minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə Şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində 1390 manat maddi ziyan dəymişdir. Hazırda həmin zərəri tələb edir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış material ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını, onun səmimi peşmançılığını isə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla ona daha ciddi xəta olan İXM-nin 334.3-cü maddəsinin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs həmçinin İXM-nin 327.2, 327.6, 332.1, 332.2-ci maddələri ilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən 327.2, 327.6, 332.1, 332.2-ci maddələrlə işlərə baxılması məhkəmənin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən həmin maddələrə müvafiq qiymət verilməsi üçün səlahiyyətli orqanın nəzərinə çatdırılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 05 sentyabr 2023-cü il tarixdən saat 16:45-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-767/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-767/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver