Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-770/2023 06.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ Qovlar PB-nin sahə rəisi polis mayoru X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1990-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər inzibati xətaya məruz qalmamış, deməsinə görə əvvəllər məhkum olunmamış, İİ qrup əlilliyi olan, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs - Barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1 və 157-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, 16 iyul 2023-cü ildə saat 14 radələrində həmkəndlisi X2 döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş və onun istifadəsində olan **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə daş parçası ilə vuraraq ona maddi ziyan vurmuşdur. 06 sentyabr 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157 cə 232-1-ci maddəsi ilə inzbati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs törətmiş olduğu xətanı etiraf edərək göstərdi ki, Malik Həsənov onun qonşusudur. Onun Malik ilə münasibəti əvvəllər normal olmuşdur. 16 iyul 2023-cü il tarixdə özünə məxsus olan xırdabuynuzlu heyvanları yaşadığı kənd ərazisindən keçən avtomobil yolundan keçirən zaman qonşusu Malik özünə məxsus avtomobil ilə heyvanlardan birinin ayağını əzmişdir. Bu vaxt Malikdən bunu niyə etdiyini soruşmuş o isə cavabında nalayiq ifadə işlətmişdir. O əsəbləşərək onu itələmiş və Malik dərhal avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Avtomobil uzaqlaşan zaman avtomboilin arxasınca daş parçası atmışdır. Daş parçası Malikin idarə etdiyi avtomobilə dəymişdir. O heyvanlarını ötürüb geri qayıdan zaman Malik və başqa bir nəfər Mercedes markalı avtomobili idarə edərək ona tərəf yaxınlaşmışlar və avtomobildən düşmüşlər. Maliklə gələn adamın əlində bıçaq görən zaman oradan qaçıb uzaqlaşmaq istəsə də səhhətində olan problemə görə qaça bilməmişdir. Malik əlindəki bıçağı ona tərəf uzatsa da, o bıçaq zərbəsindən yayınmışdır. O Maliki itələyən zaman onun gözündə eynək olmamışdır. Törətdiyi əməldən peşmandır. Dediklərini nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X5 məhkəmə iclasında göstərdi ki, Şəxs onun qonşusudur. Müəyyən səbəblərə görə Nicatın ailəsi ilə onu ailəsi arasında soyuq münasibət yaranmışdır. 16 iyul 2023-cü il tarixdə özünə məxsus Merecedes Benz sprinter markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə evə gedən zaman küçənin kəsişməsinə dönən hissədə Nicatın və aravadı Ülviyyənin xırda buynuzlu heyvanları avtomobil yoluna keçirmək istədiklərini görmüş və avtomobilin sürətini aşağı salmışdır. O tam aşağı sürətlə hərəkət etmişdir ki, onlar heyvanı rahat keçirsin. Lakin Nicat əlindəki ağac parçasını onun avtomobilinə tərəf uzadaraq nə olub sualını vermişdir. O da ona heç nəyin baş vermədiyini yaşadığı evə getdiyini bildirmişdir. Bu zaman Nicat onu nalayiq ifadələrlə təhqir edərək avtomobilin qapısının açmış və onun çiyin nahiyəsindən tutaraq yerə salmışdır. Bu zaman onun eynəyi yerə düşmüşdür. Onu avtomobildən yerə salan kimi dərhal Nicat onu avtomobilə doğru itələmiş və onun baş nahiyəsinin sağ tərəfi, eyni zamanda sağ qabırğa nahiyəsi avtomobilə dəymişdir. Sonra Nicat onun boyun nahiyəsini tutaraq sıxmışdır. Bu zaman həmkəndlisi X6 yaxınlaşaraq onu Nicatın əlindən almışdır. Arvadı Ülviyyə isə onlara yaxınlaşmamışdır. O, Nicatın əlindən çıxan kimi avtomobilinə əyləşib evlərinə getmişdir. Sonradan dostu Qiyasla birlikdə ona məxsus Mercedes markalı avtomobillə Qovlar şəhərinə gedən zaman küçəsnin kəsişməsində eynəyini axtarmaq üçün Qiyasdan avtomobilini saxlamağı xahiş etmişdir. O eynəyini axtaran zaman Nicatın kənardan yenə ona doğru gəldiyini görmüşdür. Həmin vaxt o Nicatın əlində daş parçası görüb avtomobilinə minərək oradan uzaqlaşmaq istədikdə Nicat daşı arxadan onun maşınına atmışdır. Daş avtomobilin araxasına dəyərək zədələmişdir. Şəxs ilə barışmamışdır. Hazırda da Nicat ilə barışmır, ondan şikayətçidir və ağır inzibati tənbeh olunmasını məhkəmədən xahiş edir. Eyni vaxtda öz hərəkətləri ilə törədilmiş göstərilən xətalar ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN №1861529 saylı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə MN №1861507 saylı ayrı-ayrılıqda protokol tərtib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs barəsində olan inzbati xəta haqda iş üzrə materialları araşdıraraq hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə ayrı-ayrı inzibati xətanı törətdiyindən həmin işlər üzrə icraat birləşdirilərək bir icraatda baxıla bilər. Qeyd olunan protokollar məhkəmənin 06 sentyabr 2023-cü il tarixli qəradadı ilə bir icraatda birləşdirilmişdir. İşə əlavə edilmiş 26 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş 17 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 548 saylı rəyindən görünür ki, Şəxs bədən səthində aşkar edilmiş xəsarətlər qarın nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 26 iyul 2023-cü il tarixli atoservisdən təqdim olunmuş arayışdan **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 90 (doxsan) manat ziyan vurulduğu məlum olur. İşə əlavə edilmiş arayışdan görünür ki, Şəxs son bir ildə inzibati məsuliyyətə cəlb edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs X3 fiziki ağrı yetirərək döyməsi sübut olunur. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçririb, inzbati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 232-1 və 157-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla ona daha ciddi xəta olan İXM-nin 157-ci maddəsinin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifəlri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun İİ qrup əlil olmasını nəzərə alaraq onun inzibati qaydada cərimə olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətməkdə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-770/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-770/2023
06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver