Məhkəmə qərarları › İş №3(062)-773/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-773/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-773/2023 06.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X4 Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1960-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz rayonu Hacallı kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 2(062)-414/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdehlər X1 və Şəxs cehiz və qızıl zinyət əşyaları olan əmlakının özünün, özü mövcud olmadıqda isə dəyərinin alınaraq X5 verilməsi barədə icra vərəqəsinin icrasından müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-414/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdehlər X1 və Şəxs cehiz və qızıl zinyət əşyaları olan əmlakının özünün, özü mövcud olmadıqda isə dəyərinin alınaraq X5 verilməsi qət edilmişdir. İcra sənədinin icrasından üzrsüz səbəblərdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, qətnaməni icra etmək fikri yoxdur. Hesab edir ki, Sona Sadıqova ona verməli olduğu 2177 manat pulu və dövlət rüsumu hesabına ödədiyi 41 manat pulu ödədikdən sonra gəlib əşyaları apara bilər. Başqa halda qətnaməni icra etmək fikri yoxdur. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəxs qətnamə ilə müəyyən olunmuş əmlakları ona qaytarmaq istəmir. Şəxs əmlakını istədikdə o pulu qaytardıqdan sonra icra edəcəyini bildirir. Əmlakını götürdükdən sonra o borclu olduğu pulu ödəyəcək. Maddi imkanı olmadığı üçün pulu hazırda verə bilmir. Şəxs isə qanunsuz olaraq onun əmlakını qaytarmır. Odur ki, ondan şikayətçidir və Şəxs cəzalandırılmasını xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq ediln tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh olunmalıdır. Barəsində inzbati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, yuxarıda qeyd olunan məsuliyyətini yüngülləşdirən halı və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzbati tənbeh tədbirinin tətbiq olunmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar