Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-773/2024 19.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, X1 Bakı şəhər DYPİ müşayiət-eksport bölüyünün 17 avqust 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan şikayətinə Tovuz şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər DYPİ müşayiət-eksport bölüyü tərəfindən tərtib olunmuş 17 avqust 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər DYPİ Müşayiət Eksport bölüyünün İXP ******* nömrəli protokolu ilə guya onun 17 avqust 2024-cü il tarixdə saat 11:52-də Bakı şəhərində KİA Optima markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkət qaydalarını pozmağı qeyd edilmişdir. Guya onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin olması qeyd olunmuşdur. Əslində isə o həmin vaxt ümumiyyətlə heç bir qayda pozuntusuna yol verməmişdir. Hesab edir ki, hazırda həmin protokol qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Orada onun günahı yoxdur. Onun əməlində hər hansı inzibati xəta tədbiri yoxdur. Ona görə də DYPİ müşayiət-eksport bölüyü tərəfindən tərtib olunmuş 17 avqust 2024-cü il tarixli İXP ******* saylı protokolun ləğv edilməsinə və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İş üzrə şikayət verən X4, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X3 Bakı şəhər DYPİ müşayiət-eksport bölüyü tərəfindən tərtib olunmuş 17 avqust 2024-cü il tarixli İXP ******* saylı saylı inzibati xəta haqqında protokolundan verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 128.2-ci və 128.2.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 134.1 və 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Məhkəmə iclasında müəyyən edildi ki, X5 17 avqust 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan şikayət vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 17 avqust 2024-cü il tarixli İXP ******* saylı protokolun ləğv olunması barədə şikayəti əsassızdır. Belə ki, inzibati xəta haqqında qərarlara yenidən baxılması Azərbaycan Respublikası İXM-nin 17-ci fəslində nəzərdə tutulsa da, həmin fəslin müddəalarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və protest verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunvericilikdə inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmamışdır. Ərizəçi isə həmin protokolun ləğvindən məhkəməyə şikayət vermişdir. Belə olan halda verilmiş şikayət təmin edilməməlidir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X3 Bakı şəhər DYPİ müşayiət-eksport bölüyü tərəfindən tərtib olunmuş 17 avqust 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 128.2-ci və 128.2.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 114- 115, 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Bakı şəhər DYPİ müşayiət-eksport bölüyü tərəfindən tərtib olunmuş 17 avqust 2024-cü il tarixli İXP ******* saylı saylı inzibati xəta haqqında protokolundan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün muddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-773/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-773/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver