Məhkəmə qərarları › İş №3(062)-797/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-797/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-797/2025 28.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxxxx 1999-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzbati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 29 iyul 2024cü il tarixli, 2 (062)-1719/2024 saylı icra vərəqəsinə əsasən 5500 (beş min beş yüz) manat pul və dövlət rüsumu kimi ödənilmiş 75 manat pulun əvəzi ondan alınaraq Zərərçəkmiş şəxs verilməsi barədə icra vərəqəsi üzrə yaranmış borcunu tam ödəməmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2 (062)-1719/2024 saylı icra vərəqəsinə əsasən 5500 (beş min beş yüz) manat pul və dövlət rüsumu kimi ödənilmiş 75 manat pulun əvəzi Şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi barədə icra vərəqəsini tam şəkildə icra etməkdən üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə gətirilərkən məhkəmənin binasında borcunu tamamilə ödəmişdir. Barəsində inzbati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər bircu 5575 manat olmuşdur. Barəsində 19 noyabr 2024-cü il tarixdə məhkəmənin onu inzibati qaydada həbs etməsindən sonra borcundan ödəmə edərək borcunu 4345 manata qədər endirmişdir. Barəsində protokol tərtib edildikdən sonra məhkəməyə gətirilərkən məhkəmədə borcunu tamamilə ödəmişdir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəxs ona olan borcunu tamailə ödəmişdir. Odur ki, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, tələbkarın və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzbati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında araşdırılmış və inzibati materiala əlavə olunmuş sənədlərlə də müəyyən olunur ki, Şəxs əvvəllər borcundan ödəmələr etmiş, barəsində protokol tərtinb olunaraq məhkəməyə gətirilərkən məhkəmə iclasından öncə icra məmurunun iştirakı ilə borcunu ödəmişdir. Hazırda borc tamamilə ödənilmiş və borcunun tələbkar qarşısında qeyd edilən icra sənədi üzrə heç bir öhdəliyi qalmamışdır. Bu hal isə Şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmadığının göstəricisidir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, X2 əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri, bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar