Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-798/2024 15.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Tovuz Rayon Prokurorluğunun nümayəndəsi X1 və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1953-cü il tarixdə Tovuz rayonu Dönük Qırıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Dönük Qırıqlı bələdiyyəsinin sədri vəzifəsində işləyən, əlilliyi olmayan, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Azərbaycan Respublikasının Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs yaşıllıqların uçotunun və monitorinqinin aparılması qaydasının pozulması, yəni mövcud yaşıllıqların uçota alınmaması və yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Tovuz rayonu Dönük Qırıqlı kəndinin bələdiyyə sədri vəzifəsində işləyir. Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini həyata keçirmək və bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmağın onun vəzifəsi olduğunu bilir. Lakin xidməti ərazisinin böyüklüyü və işlərin sayının çoxluğu səbəbindən 2023-cü il üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahəsində mövcud olmuş yaşıllıqların uçotu və monitorinqinin aparılması haqqında məlumatları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə vaxtında təqdim edə bilməmişdir. Ümumiyyətlə bu barədə məlumatların ilin İ rübündə təqdim edilməsinin qanunauyğun olmasını dərk etmişdir. Məhz buna görə də 2024-cü ilin mart ayında orqana sənədləri təqdim etmişdir. Qanunu bilsə elə fevral ayının 20-nə kimi sənədləri təqdim edərdi. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Tovuz Rayon Prokurorluğunun nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs yaşıllıqların uçotunun və monitorinqinin aparılması qaydasının pozulması, yəni mövcud yaşıllıqların uçota alınmaması və yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, şəxsin barəsində inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yaşıllıqların uçotunun və monitorinqinin aparılması qaydasının pozulması, yəni mövcud yaşıllıqların uçota alınmaması və yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları qanunla müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməməklə Azərbaycan Respublikasının İXM-nin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsirli olması inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərar və qərara əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 217 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydası”nın 1.5-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini bələdiyyələr aparır. Həmin Qaydaların 2.4 və 2.5-ci bəndlərinə əsasən, istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşıllıqların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 566 nömrəli qərarında nəzərdə tutulmuş qaydada aparılmalı, uçota alınan yaşıllıqlar barədə məlumatlar hər il yanvarın 01-nə ümumiləşdirilməli və tərtib olunmuş hesabatlar fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişiliklər barədə məlumatlar isə hər il yanvarın 01-nə olan vəziyyətə ümumiləşdirilməli və uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana təqdim etməlidir. İş materiallarından görünür ki, Tovuz rayonu Dönük Qırıqlı kəndinin bələdiyyə sədri Şəxs 2023-cü il üzrə yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Azərbaycan Respublikasının İXM-nin 253-1.1.3 və 253-.1.1.1-ci maddəsinə əsasən, yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına və yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması nəticəsində Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253- 1.1.1 və 253- 1.1.3-cü maddələri ilə təqsirli bilinib 1000 (bir min) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-798/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-798/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver