Məhkəmə qərarları › İş №3(062)-805/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-805/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-805/2023 18.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə Tovuz RPŞ-si DYPB-nin YNH üzrə inspektoru, polis baş leytenantı X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X2 iştirakları ilə xx.xx.1992-ci il tarixdə Tovuz rayonu Dönük Qırıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz Rayon Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Tovuz Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə Tovuz RPŞ-dən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında bildirdi ki, 24 iyul 2023-cü il tarixdə saat 23 radələrində Tovuz rayonu Dönük Qırıqlı kəndi ərazisində sürücü Şəxs Vaqif oğlu idarə etdiyi “VAZ-2106” minik markalı **- CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ bəndinin 3-cü hissəsinin, həmin Qanunun 33-cü maddəsinin İ bəndinin tələblərini pozaraq piyada X3 vurmuş, nəticədə piyada sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilən dərəcələri təyin edilməyən xəsarət almış, həmçinin sahiblik hüququ X4 məxsus “VAZ-2106” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bununla da Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.6-cı maddələri ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü tam təqsirli bilərək, izahatında protokolda qeyd edilən əməlləri törətdiyini və hazırda əməlindən peşman olduğunu, bir daha eyni hərəkətlərə yol verməyəcəyini bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında göstərdi ki, o, Tovuz rayonu Dönük Qırıqlı kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Tovuz rayonu Qovlar şəhərində yerləşən “Aysu” şadlıq sarayında qardaşı Arzu Hüseynovun toy məclisində iştirak etmişdir. Həmin gün saat 23 radələrində yaşadıqları evdə olarkən Şəxs avtomobilinin yüksək səslə matorunun səsini eşitmiş və küçəyə çıxmışdır. Küçəyə çıxdıqda qardaşı Arzuya məxsus “VAZ-2106” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında Fərahimin idarə etdiyi “VAZ-21011” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını görmüşdür. Avtomobilə yaxınlaşdıqda Fərahim avtomobili onun üzərinə doğru hərəkət etdirmiş, nəticədə əvvəl onu vuraraq xəsarət yetirmiş, daha sonra qardaşı Arzuya məxsus avtomobilin arxa hissəsindən vurmuşdur. Hazırda ona vurulmuş ziyan ödənilməmişdir. Odur ki, Şəxs qanuni inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin etirafedici izahatları və habelə inzibati materialda olan digər sənədlərlə Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan “MTE və PA” Birliyinin Tovuz rayon şöbəsinin xx.xx.2023cü il tarixli 578 saylı ekspert rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X2 bədənində aşkar edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. İş materiallarında olan Tovuz RPŞ-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 99 nömrəli arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ-21064” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1765 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə tənbeh tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə yanaşı, həmçinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Tovuz Rayon Polis X7 Polisi Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Tovuz Rayon Polis X7 Polisi Bölməsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar