Məhkəmə qərarları › İş №3(062)-810/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-810/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-810/2025 17.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X4, Qərarından şikayət verilən orqan X3 Qazax–X10 nümayəndəsi X8 iştirakı ilə, Qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması ilə bağlı çıxarılan inzibati tənbeh vermə haqqında MN ******* nömrəli xx.xx.2025-ci il tarixli elektron qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Təhlükəsizliyi Agentliyinin Qazax–X14 tərəfindən qəbul edilmiş MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və cərimənin silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, yaşadığı Tovuz şəhərinin sakinləri kimi, o da gündəlik su tələbatını təmin etmək üçün bulaqdan su daşımağa məcburdur. Tovuz şəhərində su təchizatı sistemi tam təmin olunmadığından, əhali bulaq sularından istifadə edir və suyu qablarla evlərinə daşıyır. İstifadə etdiyi nəqliyyat vasitəsinin üzərindəki su çənlərindən (su maşınından) istifadə etməklə bulaqdan suyu gətirib həm öz ailəsinin tələbatını ödəyib, həm də bulaqdan alınan suya və daşınmaya çəkilən xərcləri qarşılamaq məqsədilə yaşadığı ərazidə saxlayır. Suyu istəyən qonşular öz qabları ilə yaxınlaşıb suyu hər hansı aparat və ya xüsusi avadanlıq olmadan, sadəcə axıdılma yolu ilə götürür və dəyərini ödəyirlər. X7 həmin suyu bulaqdan olduğu kimi, heç bir emal və ya qablaşdırma prosesi aparmadan, yalnız alınan qiymətə daşıma xərclərini əlavə etməklə təklif etdiyini bildirir. Fiziki şəxs kimi adi vətəndaş olaraq, heç bir sahibkarlıq fəaliyyəti ilə, o cümlədən su istehsalı, qablaşdırılması və ya satışının digər formaları ilə məşğul olmadığını bildirir. Lakin Azərbaycan Respublikasının X3 X5 əməkdaşları tərəfindən X6 məxsus su daşıyan nəqliyyat vasitəsi "modul tipli su aparatı" kimi qiymətləndirilmiş və nəticədə 14 oktyabr 2025-ci il tarixli MN ******* saylı qərarla barəsində inzibati tənbeh tətbiq edilmişdir. Halbuki, X4 bu fəaliyyəti sırf şəxsi məişət ehtiyacını və qonşuluq yardımı xarakteri daşıyır, hər hansı mənfəət məqsədi güdmür. X7 hesab edir ki, barəsində tərtib edilmiş inzibati cərimə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən X7 şikayətdə göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan X3 Qazax–X10 nümayəndəsi X13 izahatında göstərmişdir ki, həmin sudan nümunə götürülərək beynəlxalq akkredditasiya edilmiş laboratoriyaya göndərilmişdir və laboratoriyanının rəyinə əsasən, həmin suyun içilməsi yol verilməzdir. X1 qeyd etdiyi bulaqdan da nümunənin götürülüb yoxlanıldığını və həmin suların eyni olmadığı təsbit edilmişdir. Əlavə olaraq rəhbərliyin göstərişinə əsasən yoxlama zamanı video çəkiliş aparıldığını bildirmişdir. Qeyd edilənlərə əsasən, X4 şikayətinin rədd edilməsini və X3 Qazax–X10 qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş MN ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, № **********/LHB02-25003-T-003 nömrəli sınaq protokoluna əsasən nümunədə mikrobioloji uyğunsuzluq aşkar edilmişdir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Bakı Regional Sınaq Laboratoriyasının № **********/LAB02-25002-R saylı rəyinə əsasən, **********/LAB02-25002-T-002 nömrəli sınaq protokoluna əsasən müayinəsi aparılmış nümunədə mikrobioloji uyğunsuzluq aşkar edilmişdir və su nümunəsi istehlak üçün uyğunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırma zamanı işin tədqiq olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə araşdırma zamanı işin tədqiq olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış və sübuta yetirilmiş, inzibati xəta hadisəsinin baş verdiyini və X7 tərəfindən törədildiyini sübut edən sənədlər qərara əlavə edilmişdir. Şikayətçi suyu xeyriyyəçilik məqsədilə ehtiyacı olan şəxslərə təmənnasız verdiyini, satışı ilə məşğul olmadığını bildirmişdir. Lakin onun qeyd etdikləri iş materialları ilə təsdiq edilməmişdir. Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarına əsasən X4 ********** nömrəli VÖEN-i vardır. Buna görə də o, İXM-nin 17-ci maddəsinin qeyd hissəsinə uyğun olaraq vəzifəli şəxs hesab edilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Bakı Regional Sınaq Laboratoriyasının № **********/LAB02-25002-R saylı rəyinə əsasən, **********/LAB02-25002-T-002 nömrəli sınaq protokoluna əsasən müayinəsi aparılmış nümunədə mikrobioloji uyğunsuzluq aşkar edilmişdir və su nümunəsi istehlak üçün uyğunsuzdur. Buna görə də səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə işin faktiki hallarına uyğundur və həmin əmələ görə inzibati məsuliyyət müəyyən edən qanunun norması, yəni İXM-nin 220.9-cu maddəsi düzgün tətbiq edilmişdir. İXM-nin 220.9-cu maddəsinin sanksiyasında fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilməsi konkret müəyyən edildiyindən tətbiq edilmiş tənbeh İXM-nin tələblərinə uyğundur. İXM-nin 220.9-cu maddəsinin baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Bu baxımdan inzibati xəta haqqında iş üzrə MN ******* nömrəli xx.xx.2025-ci il tarixli qərar buna səlahiyyəti çatan orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmişdir. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) apardığı araşdırma zamanı bu Məcəllə ilə müəyyən edilmiş digər tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halı müəyyən edilməmişdir. Odur ki, qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 122, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar