Məhkəmə qərarları › İş №3(062)-813/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-813/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-813/2025 30.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, deməsinə görə məhkumluğu olmayan, Tovuz rayonu Əlibəyli kəndində qeydiyyatda olan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-659/2024 saylı 27 mart 2024-cü il tarixli icra vərəqəsinə əsasən 13 fevral 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanlması üçün hər ay cavabdeh Şəxs qazancnın və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq X1 verilməsi barədə məhkəmənin qətnaməsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-659/2024 saylı 27 mart 2024-cü il tarixli icra vərəqəsinə əsasən 13 fevral 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanlması üçün hər ay cavabdeh Şəxs qazancnın və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq X1 verilməsi barədə icra vərəqəsinin icrasından Amil Şirinov boyun qaçırır. Borclunun hazırda borcu tələbkarın deməsinə görə 1087 manat təşkil edir. Alimentin məbləği tələbkarla dəqiqləşdirilərək qeyd olunmuşdur. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmir və qazancı yoxdur. Hərbçi olmaqla müharibə veteranıdır. İkinci Qarabağ müharibəsində iştirak etməklə müxtəlif medallar almış, müharibə zamanı aldığı xəsarətlərə dörə hazırda da hərbi hospitalda mülaicə alır. Xəsarətlərinə görə hərbidən tərxis olunmuşdur və hazırda əlillik dərəcəsi verilməmişdir. Hazırda da xəstəxanadan çağırılaraq gətirilmişdir. İşlədiyi zaman aliment ödəyəcək. Qətnamənin icrasından qərəzli boyun qaçırmır. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Ağdam Rayon Məhkəməsinin Şəxs barəsində olan 2(013)-659/2024 saylı qətnaməsi ilə Şəxs Nazpəri Hüseynova ilə birgə nikahlarından anadan olmuş Amil adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs qazancının və ya başqa gəlirlərinin dörddə bir hisəssi həcmində müəyyən olunmuşdur. Ailə Məcəlləsinin tələbini nəzərə alaraq məhkəmə tərəfindən qət edilmiş bu məbləğ qazancdan və başqa gəlirlərdən icra məmuru tərəfindən birbaşa tutula bilən vəsaitdir. Hansı ki, borclu həmin vəsaitə müdaxilə edə bilməz. Tutulma icra məmuru və borclu işlədiyi halda konkret olarsa iş yeri üzrə mühasibatlıq tərəfindən həyata keçirilməlidir. Hazırda Respublika üzrə elektron sistem fəaliyyət göstərir və məhkəmə tərəfindən elektron sistemdə axtarış aparılarkən borclunun hər hansı gəlir mənbəyi aşkar edilməmişdir. Yalnız borclunun veteranlığa görə 80 manat pensiya alması müəyyən edilmişdir. Gəlir mənbəyini aşkar etmək isə icra məmurunun vəzifəsidir. Şəxs işdən çıxması isə bu qətnamənin icrasını mümkünsüz etmişdir. İcra məmuru tərəfindən tələbkarın deməsinə əsasən 1087 manat borc kimi məbləğin müəyyən edilməsi isə qanunvericiliyin tələbinə ziddir. Ona görə də bu hal Şəxs icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırması halı kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədinin üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar