Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-814/2025 14.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 Saylı X2 nümayəndəsi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1949-cu il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olan Şəxs (FİN14FBBW) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 Saylı X1 daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 Saylı X3 tərəfindən tərtib edilmiş 19 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı Tovuz rayonu Alakol kəndindən keçən D=500mm-lik magistral içməli su xəttində d=25mm-lik qanunsuz qoşulma faktı aşkar edilmişdir və bunun nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 Saylı X2 nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, qanunsuz qoşulma faktı aşkar edilmişdir. İçməli sudan suvarma üçün istifadə edilə bilməz. Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Odur ki, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Alakol kəndində təkcə o deyil, əksər sakinlər əsas xəttə qoşulmaqla sudan istifadə edir. Həmin magistral xəttə qoşulmaqla evinin həyətinə çəkdiyi sudan həm içməli su kimi, həm də həyətdə ağacları sulamaq üçün istifadə edir. Başqa sakinlərin də deyil təkcə onun barəsində protokol tərtib edilməsi əsassızdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 Saylı X3 tərəfindən tərtib edilmiş 19 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Tovuz rayonu Alakol kəndindən keçən D=500mm-lik magistral içməli su xəttində d=25mm-lik qanunsuz qoşulma faktı aşkar edilmişdir və bunun nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; 29 oktybr 2025-ci il 001851 nömrəli aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və və X4 Xidməti 9 Saylı X3 tərəfindən su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarını, həmçinin Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərini rəhbər tutaraq mütəmadi olaraq monitorinq nəzarət tədbirləri həyata keçirilir. Belə ki, xx.xx.2025-ci il tarixində aparılan monitorinqlər zamanı Tovuz rayonu Alakol kəndindən keçən D=500mm-lik magistral içməli su xəttində d=25mm-lik qanunsuz qoşulma faktı müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası “Su Məcəlləsi”-nin 45, 78, 79, 81, 103-cü maddələrinin Azərbaycan Respublikası “Su Təchizatı və Tullantı Suları haqqında Qanunu”nun 10-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın müvafiq maddələri pozulmuşdur. Bununla bağlı video və fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 262.3-cü maddəsinə əsasən Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tərəflərin izahatları, tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 262.3-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-814/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-814/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver