Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-818/2023 22.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Tovuz rayon İcra və probasiya şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı müəyyən etdi: xx.xx.2023-cü il tarixində Tovuz Rayon Məhkəməsinə Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Tovuz rayon İcra və probasiya şöbəsinin əməkdaşı tərəfindən Şəxs barəsində İXM-nin 529.2-ci maddəsi ilə tərtib olunmuş protokol daxil olmuşdur ona görə ki, o, Tovuz Rayon Məhkəməsinin 2(062)-264/2023 saylı xx.xx.2023-cü il il tarixli icra sənədi əsasən Şəxs 700 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Dövlətin xeyrinə ödənilməsi barədə icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Ona görə də, Tovuz rayon İcra və probasiya şöbəsinin əməkdaşı Şəxs barəsində İXM-nin 529.2-ci maddəsi ilə protokol tərtib etmişdir. Məhkəmə hesab edir ki, protokola əlavə edilmiş sənədlər tamamlanması mümkün olmayan dərəcədə natamamlıqla məhkəməyə təqdim edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinin tələbinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsində tələbin borclunun əmlaka yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürməsindən və satılmasından ibarət olduğu göstərilmişdir. Protokola əlavə edilmiş sənədlərdən isə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsi müəyyən edilmir. Eyni zamanda borclu icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığı təqdirdə onun barəsində qanunamüvafiq qaydada məcburi icra tədbirləri tətbiq olunacağı barədə xəbərdar olunmuşdur. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdən sonra könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaranmış olur ki, hazırki işdə də həmin əsaslar yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, protokol və digər sənədlər natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xətalar haqqında protokol və ona əlavə edilmiş digər sənədlər onu tərtib etmiş orqana Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz rayon İcra və probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Tovuz rayon İcra və probasiya şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana – Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Tovuz rayon İcra və probasiya şöbəsiinə qaytarılsın Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-818/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-818/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver