Məhkəmə qərarları › İş №3(062)-821/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-821/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-821/2025 03.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx.xx.2001-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, subay, Tovuz şəhəri Vaqif küçəsi ev 24-də qeydiyyatda olan və yaşayan Şəxs oğlunun Haqqında Azərbaycan Respublikası İXM-nin 333.2 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq 03 noyabr 2025-ci il tarixdə saat 02:30 radələrində Tovuz şəhəri H.Əliyev prospektində **-CL-*** dövlət qeydiyyat nişanlı Khazar SD markalı avtomobili idarə edən zaman saxlanılmış və alkotester vasitəsilə yoxlanma zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında inzibati xətanı etiraf edərək izahatında bildirdi ki, 03 noyabr 2025-ci il tarixdə saat 02:30 radələrində Tovuz şəhəri H.Əliyev prospektində **-CL-*** dövlət qeydiyyat nişanlı Khazar SD markalı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Törətdiyi əməldən peşmandır. Söz verir ki, bir də alkoqoldan istifadə edib avtomobil idarə etməyəcəkdir. Odur ki, barəsində yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış material sənədləri ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İşdə olan 03675 saylı prtokollaşdırma əsasında aparılmış 03 noyabr 2025ci il tarixli 642563 saylı alkotesterin qəbzindən görünür ki, Şəxs 03 noyabr 2025-ci il tarixdə saat 02:28-də 0,509 promil alkoqol sərxoşu olmuşdur. İşə əlavə olunmuş arayışdan görünür ki, Şəxs 21 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində TP ******* saylı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə məsuliyyət müəyyən olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını, onun səmimi peşmançılığını isə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati tənbeh növü kimi nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, inzibati qaydada həbs tətbiq edilməsi barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətə məhdudlaşdırılmaqla, 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 03 sentyabr 2025-ci il tarixdən saat 02:30-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar