Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-824/2025 03.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikasının Qida X1-X4 nümayəndəsi X3 iştirakı ilə, "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə "xxxx" MMC-nin direktoru Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən barəsində tərtib edilmiş 4000 manat miqdarında cərimənin ödənilməsinin təmin edilməməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida X1-X4 nümayəndəsi X5 məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edərək, qanuni qərar çıxarılmasını xahiş etdi. Barəsində inzibati icraat aparılan "xxxx" MMC-nin direktoru Şəxs işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN 001074 saylı qərardan görünür ki, "Novaqro” MMC-nin direktoru Şəxs idxal olunan və idxal sağlamlıq aktından imtina edilmiş məhsulların geri qaytarılması barədə regional bölmədən qəbul edilmiş icrası məcburi tapşırıqların icra olunmaması səbəbi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən, 4000 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3- 44-1/2-2-8708/2025 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli cərimə qərarının icra olunmadığı bildirilmiş və xx.xx.2025-ci il tarixədək icra olunması məqsədilə göndərildiyi və nəticəsi barədə məlumat verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində tərtib edilmiş 4000 manat miqdarında cərimənin ödənilməsi, əks təqdirdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək aidiyyəti üzrə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan gğrünür ki, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Maddə 53.2. hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Maddə 150.5. Bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərar elektron qaydada, bu mümkün olmadıqda isə onun kağız daşıyıcıda surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: Maddə 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; Maddə 150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına, elektron pul təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı, elektron pul təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı, elektron pul təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Maddə 114.2 və 114.2.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Maddə 529.1-1. Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, "Novaqro” MMC-nin direktoru Şəxs idxal olunan və idxal sağlamlıq aktından imtina edilmiş məhsulların geri qaytarılması barədə regional bölmədən qəbul edilmiş icrası məcburi tapşırıqların icra olunmaması səbəbi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən, 4000 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsinin tələbinə əsasən, həmin Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərar elektron qaydada, bu mümkün olmadıqda isə onun kağız daşıyıcıda surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilməlidir. Qeyd olunan subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə müvafiq vəzifəli şəxs və ya hüquqi şəxs barəsində protokol tərtib edilir. Hazırda Şəxs barəsində tərtib edilmiş inzibati cərimə onun gəlirlərindən tutulması üçün "Novaqro” MMC-yə göndərilmiş, cərimənin ödənilməsi təmin edilməmişdir. Belə olan halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin tələbinə əsasən hüquqi şəxs olaraq "Novaqro” MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilməli olduğu halda yenidən həmin MMC-nin direktoru Şəxs barəsində protokol tərtib edilərək, baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsi iş materialları ilə sübuta yetirilmədiyinə görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №3(062)-824/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-824/2025
03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver