Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-831/2024 25.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi İsmayılov Emil İsrayıl oğlunun katibliyi ilə Tovuz RPŞ-si DYPB-nin YNH üzrə inspektoru, polis baş leytenantı X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1989-cu il tarixdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 332.1, 332.2, 334.1, 334.3 və 469.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Tovuz Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə Tovuz RPŞ-dən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 332.1, 332.2, 334.1, 334.3 və 469.3-cü maddələri maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində sürücülük hüququ olmadan “VAZ- 21074” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu Aşağı Öysüzlü kəndində hərəkətdə olarkən qarşıda gedən “VAZ-2106” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ara məsafəsini düzgün seçmədiyi üçün idarə etdiyi avtomaşının qabaq sağ tərəfi ilə “VAZ-2106” minik markalı avtomaşının qabaq sol tərəfindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisədən sonra sürücü Şəxs idarə etdiyi “VAZ-21074” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta olunmadığı, texniki baxışdan keçmədiyi və sürücünün sərxoş olduğu müəyyən edilmişdir. Bununla da Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 332.1, 332.2, 334.1, 334.3 və 469.3-cü maddələri ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü tam təqsirli bilərək, izahatında və protokolda qeyd edilən əməlləri törətdiyini və hazırda əməlindən peşman olduğunu, bir daha eyni hərəkətlərə yol verməyəcəyini bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, o epilepsiya xəstəsidir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında göstərdi ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomaşınına 630 manat maddi ziyan dərmişdir. Hazırda Şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir. Odur ki, Şəxs qanuni inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları və habelə inzibati materialda olan digər sənədlərlə Şəxs İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan qəbzdən görünür ki, Şəxs inzibati xətanı törədən zaman sərxoş olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 156 nömrəli arayışından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ-21064” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 630 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyasının hədləri daxilində həbs növündə tənbeh tətbiq edilməlidir. Çünki digər tənbehin verilməsi İnzbati Xətalar Məcəlləsinin məqsədlərinə uyğun olmayaraq inzibati xəta törədən şəxsin şəxsiyyətinə və işin hallarına da uyğun deyildir. Belə ki, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan sərxoş vəziyyətdə inzibati xəta törədən şəxs dəymiş ziyanın aradan qaldırılmasına yönəlmiş hər hansı hərəkətlər etməmiş, zərərçəkmiş şəxslə barışmamışdır. Eyni zamanda epilepsiya xəstəsi olan bir şəxsin nəyinki sərxoş vəziyyətdə, digər hallarda da idarə etməsi onun özünün həyatı ilə yanaşı ətrafdakılar üçün də təhlükəlidir. Odur ki, gələcəkdə belə hallara yol verilməməsindən ötrü daha sərt tənbehin verilməsi labüddür. Belə ki, bu növ xətalara qarşı sərt tənbehin verilməsi digər şəxsləri də bu kimi xətaların törədilməsindən çəkindirməyə xidmət edəcəkdir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.1 və 334.3-cü maddələri ilə yanaşı, həmçinin 327.1, 327.2, 332.1, 332.2 və 469.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2, 332.1, 332.2 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 332.1, 332.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 332.1, 332.2 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya dair işə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Tovuz Rayon Polis X6 Polisi Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 25 sentyabr 2024-cü il tarixdən saat 14:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 332.1, 332.2 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Tovuz Rayon Polis X6 Polisi Bölməsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-831/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-831/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver