Məhkəmə qərarları › İş №3(062)-835/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-835/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-835/2023 11.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi, Qərardan şikayət verən X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X1 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X2 tərəfindən tərtib olunmuş 22 sentyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzbati xəta törətdiyinə görə 700 manat cərimə olunmuşdur. X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və barəsində olan inzibati xəta haqqında iş üzrə materialın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X8 şikayətini müdafiə edərək göstərdi ki, Tovuz rayonu Əlimərdanlı kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyir. 29 yanvar 2023-cü il tarixdə axşam saatlarında direktoru olduğu məktəbdə “kimya laborantı” vəzifəsində işləyən X3 vəfat etməsindən xəbərdar olmuşdur. Rəhbəri olduğu məktəbin əməkdaşı və həmkəndlisi olduğuna görə həmin axşamdan X3 yas mərasimində və dəfnində iştirak etmişdir. 31 yanvar 2023-cü il tarixdə rəhbərliklə məsləhətləşdikdən sonra X3 vəfat etdiyi gündən, yəni 29 yanvar 2023-cü il tarixdən əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilməsinə dair əmr vermiş və 31 yanvar 2023-cü il tarixdə əmr elektron sistemə işlənmişdir. Aradan 20 gün keçdikdən sonra mərhum X3 yaxınları ona ölüm haqqında şəhadətnaməni təqdim etmişlər. Ölüm haqqında şəhadətnamədə Fazilə Rzayevanın ölüm tarixi 30 yanvar 2023-cü il kimi qeyd edilmişdir. 29 yanvar 2023-cü il tarixdən verdiyi əmr 31 yanvar 2023-cü il tarixdə elektron sistemə işlənmişdir. Hazırda ölüm haqqında şəhadətnamə ölüm tarixinin tarixi ilə həmin əmrin tarixində fərqliliyə görə mərhum Fazilə Rzayevaya dəfn üçün nəzərdə tutulan vəsait verilmir. Mərhumun yaxınları da bundan onu günahlandıraraq müvafuq intansiyalara şikayətlər göndərmişlər. Ölüm tarixi həmin şəhadətnamədə 30 yanvar 2023-cü il kimi qeyd edilsə də mərhum X3 29 yanvar 2023-cü il tarixdə vəfat edib və buna hamı şahiddir. Bu halı Tovuz Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənəd də təsdiq edir. X3 yaxınları ölüm tarixini 30 yanvar 2023-cü il kimi qeyd etdirmişlər. Həmin ölüm haqqında şəhadətnamə 03 fevral 2023-cü il tarixdə alınıb. Ona 29 yanvar 2023-cü il tarixdən verdiyi əmr 31 yanvar 2023-cü il tarixdə elektron sistemə işlənib. Hesab edir ki, heç bir qanun pozuntusuna yol verməmişdir. Vəfat edən işçinin əmək müqaviləsinə onun ölüm günü xitam vermişdir. Ona görə də 30 yanvar 2023-cü il tarixdə X6 barəsində əmr verilməsi qanunsuz olardı. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X2 tərəfindən tərtib olunmuş 22 sentyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə materialın icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X7 ifadə verərərk göstərdi ki, işçi Fazilə Rzayeva qanunun tələblərinə zidd olmaqla çıxarılmışdır. Belə ki, ölüm haqqında şəhadətnamədə Fazilə Rzayevanın ölüm tarixi 30 yanvar 2023-cü il kimi qeyd olunmuşdur. Bundan başqa Mərkəzi Xəstəxana tərəfindən verilmiş ölüm haqqında sənədlə də müəyyən olunur ki, X6 29 yanvar 2023-cü il tarixdə saat 18:50-də vəfat etmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat cərimə olunmuşdur. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, şikayət verən şəxsin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X5 dinləyib hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə olan inzibati xəta haqda qərar ləğv edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunaraq 700 manat cərimə olunmuşdur. İnzibati tənbeh vermə haqqında həmin 22 sentyabr 2023-cü il tarixli qərarda Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinin bütün dispozisiyası müəyyən olunan hal kimi qeyd edilmişdir. Pozuntu kimi müəyyən edilən hal aşağıdakı kimi göstərilmişdir “Tovuz rayonu Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbdə laborant işləmiş mərhum X3 vərəsəsinə əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə”. Buradan da görünür ki, iş üzrə qərar qəbul edilərkən konkret pozuntunun nədən ibarət olması göstərilməmişdir. Göründüyü kimi inzbati xəta haqqında material hərətərəfli, tam və obyektiv araşıdırılmamışdır. Həmin halın hazırda aradan qaldırılmasımümkün deyil. Bu isə əmələ düzgün hüquqi qiymət verilməməsi ilə nəticələnə bilər. İnzibati xəta haqında qərar qəbul olunarkən inzibati xətanın nədən ibarət olmasınnı dəqiq əks etdirilməsi inzbati qanunvericiliyin prinsipi kimi müəyyən olunmuşdur. Azərbyacan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzbati xəta haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində göstərilən müddət keçmədiyinə görə İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli X4 braəsində inzbati xəta haqqında iş üzrə qəbul edilmiş 22 sentyabr 2023-cü il tarixli qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında işə baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax-Tovuz regional şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 (yeddi yüz) manat cərimə edilməsinə dair 22 sentyabr 2023-cü il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında işə baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax-Tovuz regional şöbəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar