Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-837/2023 02.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Protokol tərtib etmiş şəxs Tovuz rayon icra və Probasiya Şöbəsinin icra məmuru X6, X2 və "xxxx" MMC-nın nümayəndəsi X1, Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Tovuz rayonun Qovlar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli , orta təhsilli, işsiz, Tovuz rayonu Qovlar şəhəri Azadlıq küçəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs icra məmurunun çağrışlarına məhəl qoymamış, qanuni tələblərinə riyaət etməmiş, bununla icra sənədinin icrasından boyun qaçırmışdır. Buna görə də X8 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-2685/2015 saylı 14 sentyabr 2015-ci il tarixində verilmiş icra sənədinə əsasən cavabdehlər X3 Şəxs və X9 müştərək qaydada 1365,5 manaat əsas, 115,5 manat faiz borcu, 10,5 manat cərimə borcu olmaqla ümumilikdə 1491,5 manat kredit borcu və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması və Tovuz Rayon Məhkəməsinin 2(062)-483/2021 saylı 11 fevral 2021-ci il tarixli sənədi üzrə 26 sentyabr 2010-cu il tarixdə anadan olmuş Ləman adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 140 manat məbləğində aliment tutularaq X10 verilməsi qət olunmuşdur. İcra sənədləri üzrə borcunu müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin borclu Şəxs hazırki vaxta kimi ödənişlərini etməmişdır. Ümumiyyətlə borclu onların çağırışlarına gəlməkdən boyun qaçırır və qərəzli olaraq qətnamənin icrasından yayınır. Odur ki, Şəxs Azərbaycan Respublikası XM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inziabti xəta haqqında iş üzrə icraat Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, maddi imkanı ağır olduğundan borcunu ödəyə bilməmişdır. O, hal-hazırda heç bir yerdə işləmir. Borcunu ödəməkdən boyun qaçırmır. Məhkəmədən qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən tələbkar X13 bildirdi ki, maddi imkanı zəifdir. Uşağın saxlanılmasında çətinlik çəkir. Şəxs öz üzərinə düşən öhdəliyi yerinə yetirmir. Ona görə də, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə iştirak edən digər icra sənədi üzrə tələbkar "xxxx" MMC-nın nümayəndəsi X4 məhkəmədən şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə tərəfindən Şəxs borcundan ödəniş etməsi üçün şərait yaradılaraq ona vaxt verilməsi təklif olunmuş, lakin o, borcunu ödəməyə maddi imkanın olmamasını bildirmişdir. Ona görə də Məhkəmə hesab edir ki, X8 İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törəkməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli onun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni 02 oktyabr 2023-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-837/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-837/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver