Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-840/2023 03.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Zərəçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1964-cu ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Tovuz rayonu Qaraxanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-2685/2015 saylı 14 sentyabr 2015ci il tarixində verilmiş icra sənədinə əsasən Cavabdehlər Şəxs X5 və X4 müştərək qaydada 1365,5 manaat əsas, 115,5 manat faiz borcu, 10,5 manat cərimə borcu olmaqla ümumilikdə 1491,5 manat kredit borcu və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-2685/2015 saylı 14 sentyabr 2015-ci il tarixində verilmiş icra sənədini üzürlü səbədən icra etməmişdir. O, hal-hazırda işləmir. O, məhkəmə qərarını icra etməkdən boyun qaçırmamışdır.Əməlindən peşimandır.Eyni zamanda zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 ilə ödənişllə bağlı razılığa gəliblər. Ona görə də inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 bildirdi ki, Şəxs ilə ödənişllə bağlı aralarında razılığa gəldiylərindən inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qanundan göründüyü kimi, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibini yaradır. Şəxs borcunu hər hansı üzrsüz səbəblərdən ödəmədiyini təsdiq edən hallar müəyyən edilməmişdir. Ona görə də məhkəmə İXM-nin 53.0.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 53.0.2, 105, 114.2.1, 115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-840/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-840/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver