Məhkəmə qərarları › İş №3(062)-848/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-848/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-848/2024 30.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ İTB-nin sahə rəisi, polis mayoru X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzbati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1993-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, deməsinə görə əvvəllər məhkum olunmamış, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ Şəxs məhkəməyə verilmişdir ona görə ki, xx.xx.2024-cü il tarixdə X2 məxsus Tovuz rayonu Aşağı Öysüzlü kəndində yaşadığı fərdi yaşayış evindən Kamran Məmmədovun 70 manat məbləğində pulunu oğurlayaraq xırda talama əməli törətmişdir. Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında törətdiyi xətanı etiraf edərək bildirdi ki, zərərçəkmiş şəxs qonşusudur. Onunla aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 25 sentyabr 2024-cü il tarixdə Kamran Məmmədovun 70 manat pulunu oğurlamışdır. Sonradan həmin pulu qaytarmışdır. Kamran Məmmədova dəyən zərəri ödəyib, onunla barışıq əldə etmişdir. Odur ki, məhkəmədən barəsində olan işin ictraatına xitam verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X3 məhkəmə iclasında göstərdi ki, əvvəldən Tahiri tanıyır. Onunla qonşudur. Özü maşın ustası işləyir. 25 sentyabr 2024cü il tarixdə axşam saat 22 radələrində evə gələrkən evdə bir litrlik həcmdə şüşə bankada olan 70 manat qəpiklərdən ibarət pulunun yerində olmadığını görmüşdür. Bundan sonra polisə müraciət etmişdir. Sonradan bəlli olmuşdur ki, pulu qonşusu Tahir götürmüşdür. Sonradan Tahir səhvini başa düşərək pulu qaytarmışdır. Hazırda Şəxs ona vurduğu zərəri tam olaraq ödəmişdir. Onunla barışıq əldə etmişdir. Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş 28 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş, X1 ərizəsindən görünür ki, Şəxs ona vurmuş olduğu zərəri tam olaraq ödəmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi qalmamışdır. Odur ki, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işlərə baxılarkən inzibati xəta barədə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxs kimi tanımış X3 ilə barışmışlar, ona dəymiş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin heç bir şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar