Məhkəmə qərarları › İş №3(062)-853/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-853/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-853/2023 09.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYP-nin rəisinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında X1 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək MÜƏYYƏNETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYP-nin rəisinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında X1 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarını araşdıraraq belə hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından göründüyü kimi X4 30 avqustda qəbul edilmiş qərardan 09 oktyabr 2023-cü ildə şikayət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə görə həmin Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verılməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar X2 elektron kabinetinə xx.xx.2023-cü ildə yerləşdirilmişdir.O səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra mübahisələndirmiş, habelə qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasını xahiş etməmiş, bunun üçün üzrlü səbəb göstərməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-138-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şikayət geri qaytarılsın. Şikayət vermiş şəxsə ötürülmüş müddətin üzürlü hesab edilərək bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar