Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-853/2024 01.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ İTB-nin sahə rəisi polis leytenantı X3, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx xxxx 1984-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əlilliyi olmayan, evli, deməsinə görə məhkumluğu olmayan, Tovuz rayonu Qovlar şəhəri H.Aslanov küçəsi ev 13-də qeydiyyatda olan və yaşayan, Şəxs- Barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Tovuz RPŞ-nin binasında ucadan nalayiq ifadələr işlətmiş və polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də qanunun tələblərinə məhəl qoymamışdır. Baş vermiş xəta ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs verdiyi ifadəsində göstərdi ki, Rizvan Məmmədov adlı vətəndaşın tanışıdır. X1 qayınanası şəhid ailəsidir. Həmin vətəndaşın oxuma və yazması olmadığı üçün onunla birlikdə 01 oktyabr 2024-cü il tarixdə Tovuz RPŞ-yə getmiş saat 15 radələrində onu polis əməkdaşları qəbul etmişdir. Tovuz RPŞ-nin rəisin xidməti otağında olarkən rəis onlardan hansı şəhid ailəsinin qohumları olmasını aqressiv şəkildə soruşmuşdur. Rəisə bu barədə iradını bildirmiş və rəis ona zor tətbiq etmişdir. Bu zaman o polislərə onları bu sözlərinə görə “quzu kimi mələdəcəyini” bildirmişdir. Bundan sonra polis onu vurmuşdur. Bu zaman digər polis əməkdaşları onları sakitləşdirərək sənədləşmə apararaq məhkəməyə gətirmişlər. Bu halları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 01 oktyabr 2024-cü il tarixdə Şəxs həqiqətən onunla birlikdə Tovuz RPŞ-yə getmiş, orada rəis onları qəbul etmişdir. Bu zaman Şəxs səs-küy salmışdır. Polis rəisinin onu vurması, yaxud onun kimisə vurması halı olmamışdır. Sonradan polislər onu sakitləşdirmişlər. Şəxs polislərin dediyinə tabe olaraq sakitləşmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 01 oktyabr 2024-cü il tarixdə saat 15 radələrində Tovuz RPŞ-nin inzibati binasında olarkən bir nəfər şəxs onların ünvanına ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. Onu nizam-intizama dəvət etmək istəsə də aqressiv formada “sizi quzu kimi mələdəcəm” ifadəsini işlədərək onun da ünvanına nalayiq ifadələr işlətmişdir. O və digər polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də o qanunun tələbinə qəsdən tabe olmadı. Bundan sonra həmin şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək belə qərara gəlir ki, Şəxs hərəkətlərində xırda xuliqanlığın əlamətləri olduğuna görə o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, Şəxs ictimai yer olan polis şöbəsində ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs polisin qanuni tələbinə tabesizlik göstərməmiş, əksinə ictimai qaydanı pozduqdan sonra polis əməkdaşının tələbi ilə razılaşmışdır. Bundan başqa məhkəmə hesab edir ki, polis şöbəsinin inzibati binası müvafiq araşdırmaların aparıldığı yer olmaqla orada bir qayda olaraq inzibati xəta törətmiş şəxslər bu məqsədlə şöbəyə gətirilir və ya şəxslərin hər hansı pozuntu ilə bağlı polisə müraciət etmək hüququ yaranır. Onların polisin inzibati binasında səs-küy salmaları, qaydaları pozmaqda davam etdirmələri tabesizlik kimi qiymətləndirilə bilməz və belə pozuntu tabe olmama kimi rəsmiləşdirilə bilməz. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 510cu maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə olan hissədə işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə hesab edir ki, polisin Şəxs nalayiq ifadələr işlətdikdən sonra polisin qanuni tələbinə tabe olmaması əlamətləri yoxdur. Şəxsin bu əməli tabesizlik kimi qiymətləndirilə bilməz və belə pozuntu tabe olmama kimi rəsmiləşdirilə bilməz. Ona görə də həmin hissədə işin icraatına hissəvi xitam verilməlidir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun inzibati qaydada həbs olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə Şəxs inzibati qaydada tutulmasını onun hüquqlarının məhdudlaşdırılması kimi nəzərə alaraq hesab edir ki, həbs etmənin əvvəli 01 oktyabr 2024-cü il saat 15:45-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 01 oktyabr 2024-cü il tarixdən saat 15:45-dən hesablansın. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə aid hissədə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-853/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-853/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver