Məhkəmə qərarları › İş №3(062)-854/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-854/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-854/2023 09.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1990-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Çeşməli kəndində qeydiyyatda olan və yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli 2(062)-469/2016 saylı məhkəmə əmrinə əsasən 5129,97 ABŞ dolları kredit borcunu ödəniş gününə məzənnə nisbəti ilə ödənilməsi barədə məhkəmə əmrinin, Tovuz Rayon Məhkəməsinin 2(062)- 5067/2016 saylı 02 noyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən 9474,28 ABŞ dolları pulun ödəniş gününə məzənnə nisbəti ilə ondan alınaraq "xxxx" ASC-yə verilməsi barədə icra vərəqələrinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli 2(062)-469/2016 saylı məhkəmə əmrinə əsasən 5129,97 ABŞ dolları kredit borcunu ödəniş gününə məzənnə nisbəti ilə ödənilməsi barədə məhkəmə əmrinin, Tovuz Rayon Məhkəməsinin 2(062)-5067/2016 saylı 02 noyabr 2016cı il tarixli icra vərəqəsinə əsasən 9474,28 ABŞ dolları pulun ödəniş gününə məzənnə nisbəti ilə ondan alınaraq "xxxx" ASC-yə verilməsi qərara alınmışdır. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Bu günə qədər borcundan ödəmə etməmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzbati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, məhkəmənin qərarlarından xəbərdardır. Ödəmə edə bilməməsi onun maddi imkanının olmaması ilə bağlı olmuşdur. Hazırda işə düzəlib və maddi imkanı yaxşılaşmaqdadır. İcra işindən bu gün xəbərdar edilmişdir. Özü Tovuz rayonu Çeşməli kəndində qeydiyyatda olmasına baxmayaraq Abşeron rayonu Müşfiqabad qəsəbəsində yaşayır. Borcunu ödəməkdən yayınmaq fikri yoxdur. Bundan sonra hər ay borcundan ödəmə edəcəkdir. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borcluya icra barədə xəbərdarlıq yazılsa da, həmin xəbərdarlıq barədə 09 oktyabr 2023-cü il tarixdə borclunun izahatı alınmış, o borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Buradan da görünür ki, Şəxs qərarın icrasından qərəzli şəkildə boyun qaçırmır. Eyni zamanda borclu xadimə işlədiyini bildirmişdir, lakin icra məmuru tərəfindən bu hal araşdırılaraq onun əmək haqqına borcun yönəldilməsi üçün heç bir hərəkət olmamışdır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar