Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-854/2025 17.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, protokol tərtib etmiş Tovuz rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Tovuz rayonu, Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Tovuz rayonu, Vaqif küçəsində yerləşən yaşadıqları binanın həyətində ucadan nalayiq ifadələr işlədərək, bundan əlavə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı X3 dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Tovuz rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X6 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyi sübuta yetirilmişdir, onun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş döymə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci və 510-cu maddələri ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmaq niyyətində olmadığını bildirərək göstərmişdir ki, Şəxs dəfələrlə kimlərləsə mübahisə etdikdə daima qonşuların ünvanına nalayiq ifadələr işlədir. Hər dəfə X7 ümumi olaraq qonşuların ünvanına söyməməsi barədə xəbərdarlıq edilsə də, Şəxs heç bir xəbərdarlığa məhəl qoymayaraq daim yaşadıqları binanın həyətində səs-küy salır və ümumi qonşuların ünvanına söyür. xx.xx.2025-ci il tarixdə növbəti belə bir hadisə baş verdikdə və Şəxs iş üzrə zərərçəkmiş şəxs X5 tərəfindən bu barədə irad bildirildikdə, Şəxs sonuncuya hücum edərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs daim gah zərərçəkmiş X5 barəsində, gah da sonuncunun qızı barəsində həqiqətə uyğun olmayan məlumatlar yayır. Qeyd edilənlərə əsasən, məhkəmədən Şəxs barəsində qanunamuvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, həmin gün həqiqətən də başqa bir qonşusu ilə ucadan mübahisə etmişdir və əsəbi olduğu üçün qonşunun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman həmin mübahisəyə iş üzrə zərərçəkmiş şəxs X5 müdaxilə etmiş və onunla kobud danışmağa başlamışdır. İş üzrə zərərçəkmiş şəxs X4 vurmamışdır. Özünü təqsirli hesab etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X1 şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Tovuz RPŞnin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9- Təcrübi və X11 X13 rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 894 saylı rəydən görünür ki, X1 bədəni səthində aşkar edilmiş xəsarətlər – sol dirsək oynağının, döş qəfəsinin ön səthinin sağ və sol yarısının, boyun nahiyəsinin və döş qəfəsinin sağ yarısının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. X1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, diz, dirsək və s.) təsiri nəticəsində əmələ gəlməsi istisna edilmir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmiş, lakin İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokoldan, nə tərəfərin izahatlarından Şəxs əməlində xırda xuliqanlığın tərkibi müəyyən olunmur. Şəxs əməli yalnız şikayətçini döymək niyyətinin realizə edilməsinə yönəlmiş, ictimai qaydanın pozulması, cəmiyyətə hörmətsizliyin ifadə olunması təqsirkarın qəsdinin yönəldiyi obyekt kimi çıxış etməmişdir. Belə olan təqdirdə Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında icraata xitam verilməli, İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşağın olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmış, ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasınəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğdə cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-854/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-854/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver