Məhkəmə qərarları › İş №3(062)-855/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-855/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-855/2023 09.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 08 avqust 1981-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Həsənli kəndində qeydiyyatda olan və Şəmkir rayonu Posanlı yaşayış sahəsində yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Şəmkir Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli icra vərəqəsinə əsasən 05 aprel 2015-ci ildə anadan olmuş Səma adlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat alimentin ondan alınaraq X2 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli icra vərəqəsinə əsasən 05 aprel 2015-ci ildə anadan olmuş Səma adlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat alimentin Şəxs alınaraq X2 verilməsi qət olunmuşdur. Şəxs aliment borcunu ödəmir. Hazırda aliment borcu 1035 manat təşkil edir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin qərarına əsasən ondan uşağının saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat alimentin alınaraq Kifayət Hüseynovaya verilməsi qət olunmuşdur. İşləyə bilmədiyi üçün aliment borcunu ödəyə bilməmişdir. Hazırda fərdi əməklə məşğul olur. 2023-cü ilin noyabrın ayının 15-ə qədər yığılmış borcundan 1000 (min) manat ödəniş edəcəkdir. Bundan sonra hər ay alimenti ödəyəcəkdir. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X3 məhkəmə iclasında bildirdi ki, Şəxs borcundan ödəniş etməmişdir. Borcunun ödənilməsi üçün vaxt verilməsinə etiraz etmir. Hesab edir ki, 1000 manatı Şəxs 15 noyabr 2023-cü il tarixədək ödəyəcəkdir. Aliment borcunun tezliklə ödənilməsini tələb edir. İstəyir ki, pulun hamısını ödəsin. Odur ki, məhkəmədən Şəxs ödəmə etmək istəyini nəzərə alaraq onun barəsində olan inzibati işə xitam verilməsini istəyir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borclu yığılmış borcunu tamamilə bir ay ərzində ödəmək istəyir. Qalıq borcundan eyni zamanda da hər ay aliment ödəmək istəyini bildirməsi fikrindən də görünür ki, Şəxs qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar