Məhkəmə qərarları › İş №3(062)-856/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-856/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-856/2024 02.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ-si İTB-nin sahə rəisi X1 Zərərçəkmiş şəxs X2 Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx.xx.1970-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əlilliyi olmayan, əvvəllər inzbati xətaya məruz qalmamış, deməsinə görə məhkumluğu olmayan, Gədəbəy rayonu Əlinağılar kəndində qeydiyyatda olan və yaşayan, Şəxs - Haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Tovuz Rayon PŞ-dən daxil olmuş inzibati xətta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Tovuz rayonu Ceyrançöl ərazisində aralarında yaranmış münaqişə zəminində mübahisə zamanı tanışı X3 ilə qarşılıqlı dalaşma zamanı onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Faktla bağlı 02 oktyabr 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs verdiyi ifadəsində törətdiyi xətanı etiraf edərək göstərdi ki, özü Tovuz rayonu Ceyrançöl qışlaq sahəsində ferması var. Orada xırdabuynuzlu, həm də iribuynuzlu heyvan saxlayır. Zərəçəkmişlə uzaq qohumdurlar. Onların mübahisəsi 23 noyabr 2023-cü il tarixdə baş vermişdir. Aralarında mübahisə yaranmış, o da Lətifə Məmmədovanı vuraraq döymüşdür. Lətifə Məmmədova da həmin vaxt onu vurmuşdur. X6 ilə barışmış, etdiyi hərəkətlərdən peşmandır, bir daha ona qarşı belə hərəkətlər etməyəcəkdir, odur ki, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, özünün Tovuz rayonu Ceyrançöl qışlaq sahəsində ferması var. Orada xırdabuynuzlu, həm də iribuynuzlu heyvan saxlayır. Onların mübahisəsi 23 noyabr 2023-cü il tarixdə baş vermişdir. Aralarında mübahisə yaranmış, o da Şəxs vuraraq döymüşdür. Vəfa Quıliyeva da həmin vaxt onu vurmuşdur. Hazırda bir-birlərindən üzr istəmiş və barışmışlar. Ondan şikayətçi deyil. Odur ki, Şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş 08 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş X2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Şəxs ilə barışmış və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işlərə baxılarkən inzibati xəta barədə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxs X3 ilə barışmış, odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar