Məhkəmə qərarları › İş №3(062)-863/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-863/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-863/2024 14.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxx 1989-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, evli, əvvəllər inzbati xətaya məruz qalmamış, deməsinə görə əvvəllər məhkum olunmamış, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan və yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26 dekabr 2022-ci il qərarının icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Şəxs, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26 dekabr 2022-ci il tarixli tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən təqsirli bilinərək 5000 manat məbləğində cərimə olunmuşdur. Borclu həmin cərimə borcundan ödəniş etməmişdir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzbati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, icra işindən xəbərdar olmuşdur. Borcundan ödəniş edə bilməmişdir. Maddi imkanı zəif olduğu və hazırda iş olmadığı üçün borcunu ödəyə bilməmişdir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun etirafedici izahatı inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş sənədlərlə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alır. Şəxs səmimi peşman olmasını məhkəmə inzbati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 31, 40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 220 (iki yüz iyirmi) saat ictimai işlər növündə tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlər yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar