Məhkəmə qərarları › İş №3(062)-864/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-864/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-864/2025 20.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, protokol tərtib etmiş Tovuz RPŞ-nin Qovlar PB-nin sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Fizuli rayonu, Horadiz qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, N saylı hərbi hissədə mühəndis vəzifəsində işləyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 388-1.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin Qovlar PB-nin sahə rəisi, polis kapitanı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 388-1.1.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə uca səslə küçədə söyüşlər söymüş, onu nizam-intizama dəvət edən dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdlə tabe olmamışdır. Əlavə olaraq protoklda qeyd edlmişdir ki, Şəxs mütəmadi olaraq “Tik-Tok” sosial şəbəkəsində söyüşlər söymüşdür. Məhkəmə iclasında Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X8 protokola uyğun izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Tovuz RPŞ-nin Qovlar PB-nin sahə rəisi, polis leytenantı X6 rəhbərliyin göstərişinə əsasən “Tik-Tok” sosial şəbəkəsindəki fəaliyyətinə görə vətəndaş Şəxs Tovuz RPŞ-nin Qovlar PB-nə dəvət etmişdir, lakin Şəxs polisin qanuni tələbinə tabe olmayaraq, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində ucadan polis əməkdaşlarının da ünvanına nalayiq ifadələr işlətmişdir. Əlavə olaraq qeyd etdi ki, Şəxs mütəmadi olaraq “Tik-Tok” sosial şəbəkəsinə söyüşlər söyür. Qeyd edilənlərə əsasən, protokolu tərtib etmiş şəxs X8 məhkəmədən X3 barəsində qanunamuvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparaılan şəxs Şəxs bildirmişdir ki, əməlindən səmimi peşmandır, məhkəmədən və polis əməkdaşlarından törətdiyi əmələ görə üzr istəyir və gələcəkdə belə halların bir daha təkrarlanmayacağına dair söz verdi. Məhkəmə iclasında şahid polis leytenantı X6 öz izahatında göstərdi ki, rəhbərliyin göstərişinə əsasən Şəxs “Tik-Tok” sosial şəbəkəsindəki fəaliyyətinə görə onun tərəfindən Qovlar PB-nə dəvət edilmişdir, lakin o, polisin qanuni tələbinə tabe olmayaraq ictimai yerdə ucadan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmçinin Şəxs mütəmadi olaraq “Tik-Tok” sosial şəbəkəsində nalayiq ifadələr işlətdiyini bildirmişdir. Məhkəmə iclasında şahid polis sejantı X4 öz izahatında göstərmişdir ki, xx.xx.2025ci il tarixdə avtopatrulda xidmətdə olub. Həmin gün axşam saat 19 radələrində Qovlar şəhəri Vağzal küçəsindən keçərkən polis əməkdaşı X1 adını sonradan öyrəndiyi Şəxs ilə mübahisə etdiyini görmüş və həmin şəxslərə yaxınlaşmışdır. Daha sonra vətənaş X7 polis əməkdaşları tərəfindən Qovlar PB-nə təhvil verilmişdir. Məhkəmə iclasında şahid polis serjantı X5 öz izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Şəxs Qovlar şəhəri, Vağzal küçəsində ucadan nalayiq ifadələr işlətdiyi üçün ona yaxınlaşıb və onunla profilaktik söhbət aparılmışdır. Lakin Şəxs özünün qanunazidd əməlini davam etdirmişdir və polisin qanuni tələbinə tabe olmamışdır. Daha sonra Şəxs Qovlar PB-nə aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli 137 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 19.03-də tutulmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(062)-474/2025 nömrəli qərarınd əsasən Şəxs İXM-nin 510 və 535.1-ci maddələrinə əsasən 150 manat cərimə edilmişdir. İş materiallarında olan diskə baxış zamanı Şəxs sosial şəbəkədə müxtəlif şəxslərin ünvanına təhqiramiz ifadələr işlətməsi müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və protokolu tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş polis əməkdaşını, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 388-1.1.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İXM-nin 510-cu maddəsinə əsasən, Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən, Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 388-1.1.1-ci maddəsinə əsasən İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar aşkar etməmişdir. Eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 388-1.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 34, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 388- 1.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 388-1.1.1-ci maddəsinin sanksiyası çərçivəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli 19 noyabr 2025-ci il tarixdən, saat 19:03-dən hesablansın. Qərаrın icrаsı Tovuz Rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar