Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-865/2025 03.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Tovuz Rayon Prokurorluğunun nümayəndəsi X3 və zərərçəkmiş şəxs X5 iştirakı ilə, xx.xx.1996-cı ildə Qazax rayonu, Çaylı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əlilliyi olmayan, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon prokuroru baş ədliyyə müşaviri Maarif Hüseynov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və qərar tənbeh tədbirin tətbiq olunması məsələsinə baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Qərarda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:00 radələrində “Ford Tranzit” minik markalı, ** SM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Tovuz Rayon Prokurorluğunun nümayəndəsi X6 iş üzrə qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 yol-nəqliyyat hadisəsi zamanı dörd ədəd avtomaşın toqquşmuş, eyni zamanda onun avtomaşınına maddi zərər dəymişdir. Hazırda Şəxs şikayətçi olmadığını bildirdi və iş üzrə qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan: Cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surətinin inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinin həlli üçün araşdırma materialları və qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 845 saylı rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər: sağ bazu oynağının həmin oynaqda hərəkət məhdudluğu yaradan sıyrıqlı qançır-şişkinliyi, sağ bazu nahiyəsinin sıyrıqlı qançır şişkinliyi, sağ yanaq nahiyəsinin sıyrığı küt əşya (əşyalar) təsirindən avtomobil qəzası zamanı avtomobilin içərisində gedərkən avtomobil salonunun küt hissələrinin təsirindən əmələ gəlməsi mümkündür. Törənmə müddəti qərarda göstərilən vaxta – yəni xx.xx.2025-ci il tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə iş üzrə icraatın başlanılması, şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsi məqsədi ilə qərarın Tovuz Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İş materialları ilə müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə qarşıda sola dönmək üçün dayanmış olan avtomobil ilə təhlükəsiz ara məsafəsi saxlamalı, həmin avtomobili təhlükəsiz şəkildə sağ tərəfdən keçib getməli olduğu halda bunları etməyərək, idarə etdiyi “Ford Transit” markalı, 90SM-321 dövlət qeydiyyat nişanlı yük avtomobili Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Tovuz rayonu, Əyyublu kəndi ərazisindən keçən 422-ci km-də üzü Bakı şəhəri istiqamətində hərəkət etdirən zaman qarşıda eyni istiqamətdə hərəkətdə olan və sola dönərkən əks istiqamətdə olan avtomobilə yol vermək üçün avtomobili dayandıran X5 idarə etdiyi “Mercedes-Benz C 200” markalı, **-ER-*** dövlət nömrə nişanlı avtomobil ilə vaxtında düzgün ara məsafəsi saxlamadığından idarə etdiyi “Ford Transit” markalı yük avtomobilin ön hissəsi ilə “Mercedes-Benz C 200” markalı, **-ER-*** dövlət nömrə nişanlı avtomobili Bakı istiqamətindəki hərəkət zolağının üzərində arxa hisədən vurmuş, bu zaman zərbənin təsirindən “Mercedes-Benz C 200” markalı, **-ER-*** dövlət nömrə nişanlı avtomobil əks hərəkət zolağına daxil olaraq ön sol hissəsi həmin istiqamətdə hərəkətdə olan X1 idarə etdiyi “İJ 27175” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa yan hissəsinə dəymiş, “İJ 27175” markalı yük avtomobili zərbənin təsirindən sola doğru yönəlib Bakı şəhəri istiqamətində hərəkətdə olan X2 idarə etdiyi “HAVAL H6 HEV” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxanda “İJ 27175” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə “HAVAL H6 HEV” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “İJ 27175” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 yüngül bədən xəsarəti almışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Ona görə də, Şəxs həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Həmçinin onun barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, ona törətdiyi inzibati xətadan bəhs edən maddənin sanksiyasının nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh təyin edilməsi qanunamüvafiqdir. İnzibati Xətalar Məcəlləsinin 152.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №3(062)-865/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-865/2025
03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver