Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-875/2023 12.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxx 1962-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Çeşməli kəndində qeydiyyatda olan və yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: X1 məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(062)-409/2018 saylı icra vərəqəsinə əsasən bir başının dəyəri 200 (iki yüz) manat olan 30-40 kiloqram çəkidə 42 baş doğar qoyunların özü, naturada alınıb verilməsi mümkün olmadıqda həmin qoyunların dəyəri olan 8400 manat pulun ondan alınaraq X3 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(062)-409/2018 saylı icra vərəqəsinə əsasən Şəxs bir başının dəyəri 200 (iki yüz) manat olan 30-40 kiloqram çəkidə 42 baş doğar qoyunların özü, naturada alınıb verilməsi mümkün olmadıqda həmin qoyunların dəyəri olan 8400 manat pulun alınaraq X3 verilməsi qərara alınmışdır. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu tam şəkildə ödəməmişdir. Bu günə qədər borcundan hissə-hissə ödəmə etmişdir. Hazırda borcu 5290 manata təşkil edir. Dəfələrlə borcluya borcunu tam həcmdə bağlaması bildirilməsinə baxmayaraq borcu tamamilə ödəmir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzbati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, borcundan hər ay ödəmələr edir. Arada işsizlik olduğu üçün ödəniş edə bilməmişdir. Hazırda borcu 5290 manat təşkil edir. Özü heç bir yerdə rəsmi işləməsə də fərdi əməklə məşğul olur. Son vaxtlar işləri artmışdır və bunun qarşılığında işlədiyinin haqqını alacaq ki, bu da borcundan əsaslı ödəmələr etmək üçün əsas olacaq. Borcundan ödəmələr edir. Borcunu ödəməkdən yayınmaq fikri yoxdur. Bu ayın sonunda borcundan əhəmiyyətli ödəmə edəcəkdir. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs borcundan ödəmələr edərək 8400 manat borcunu 5290 manata endirmişdir. Borcundan hissə-hissə müxtəlif vaxtlarda ödəmələr etmişdir. Borcundan qalan hissəsinin tezliklə ödəmək istəyinin olması Şəxs qətnamənin icrasından onun qərəzli boyun qaçırmadığının göstəricisidir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-875/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-875/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver